Rostov-un futbolçusu millinin toplanışına qatıldı


İdman 13 İyl 2018 16:50:00 293 0

Rostov-un futbolçusu millinin toplanışına qatıldı

Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsinə daha bir futbolçu dəvət olunub. Goal.az xəbər verir ki, Rusiyanın Rostov klubunda çıxış edən Elvin Talıbov komandaya qoşulub. U-19 yığmamız iyulun 5-dən etibarən Bakıda təlim-məşq toplanışı keçirir. Hazırlıq prosesi iyulun 27-dək davam edəcək.