Cinsi əlaqəyə girərkən yanlarında şahid olmalıdır Adnan Oktarın


Dünya 13 İyl 2018 16:24:00 349 0

Cinsi əlaqəyə girərkən yanlarında şahid olmalıdır  Adnan Oktarın

Adnan Oktar hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanıldıqdan sonra illər öncə analoji hadisə zaman polisə verdiyi ifadələri açıqlanıb.

Son.az Haberler-ə istinadən xəbər verir ki, 1999-cu ildə Adnan Oktar və şəbəkəsinə qarşı təşkil edilən əməliyyatdan sonra qrupunun necə və hansı üsullardan istifadə etdiyi böyük marağa səbəb olub.

İllər əvvəl saxlanılan və şəbəkənin iç üzünü polisə ifadəsində etiraf edən Adnan Oktar iyrənc əməllərini bütün detalları ilə açıqlayıb. Şahidsiz cinsi əlaqədə olmurlar

Adnan Oktar tərəfindən seçilən "bacılar" (Fərqləndirdiyi qadınlar) camaat içində istədikləri müridlə yata bilərlər. Qarşı tərəfin də seçmə haqları var.  İntim əlaqə zamanı çəkdikləri video kamera görüntüləriylə şantajdan 1997-ci ildə vəkillərinin xəbərdarlığı ilə əl çəkdiklərini bildirən Adnan ifadəsində bu açıqlamaları verib:

"Vəkilimiz bunun cəzasının çox ağır olduğunu söylədi. Bütün köhnə kasetləri yox etdik. Sonra seks görüntüləri və jurnallardan götürdüyümüz kadrlar vasitəsi ilə "sıxmaq" istədiyimiz şəxslərin üzünü fotoşop edərək şantaja başladıq. İşimiz bitdikdən sonra əlimizdəki görüntüləri yox edirdik.