Bakının iki ən problemli marşrut xətti birləşdirilərək "BakuBus"a verildi


Digərləri 13 İyl 2018 16:23:00 257 0

Bakının iki ən problemli marşrut xətti birləşdirilərək "BakuBus"a verildi

20 və 94 nömrəli müntəzəm marşrut xətləri ilə bağlı iyunun 5-də elan edilən müsabiqəyə yekun vurulub

Bakı. 20 və 94 nömrəli müntəzəm marşrut xətləri ilə bağlı iyunun 5-də elan edilən müsabiqəyə yekun vurulub. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, qanunvericiliyə uyğun keçirilən müsabiqənin qalibi “BakuBus” MMC olub. Əvvəlcədən nəzərdə tutulduğu kimi, hər iki marşruta dair sərnişindaşıma xidmətləri bir daşıyıcı tərəfindən icra ediləcək. Qeyd edilən marşrutların nömrələri 7A və 7B olaraq müəyyən edilməklə son dayanacaq məntəqələri də dəyişdirilib. 7A marşrutu üzrə avtobuslar Beynəlxalq Avtovağzal Kompleksi - “Əhmədli” metrostansiyası, 7B marşrutu üzrə isə Yeni Yasamal qəsəbəsi (“Qismət” ş.s) - “Əhmədli” metrostansiyası istiqamətində sərnişinlərə xidmət göstərəcək. Müsabiqə şərtlərinə uyğun olaraq, 7A və 7B marşrut xətlərinin fəaliyyəti yaxın günlərdə təmin ediləcək.