Sumqayıt bu transferi rəsmiləşdirdi


İdman 13 İyl 2018 16:13:00 256 0

Sumqayıt bu transferi rəsmiləşdirdi

2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən Sumqayıt daha bir futbolçu ilə heyətini gücləndirib. Goal.az klubun saytına istinadən xəbər verir ki, son mövsümü Sabah-ın heyətində keçirmiş yarımmüdafiəçi Qvanzav Maqomedovla bir illik müqavilə imzalanıb. Maqomedov Sumqayıt-da 44 nömrəli formada çıxış edəcək.

Qvanzav Maqomedov Sabah-la (14 oyun, 1 qol) yanaşı, Şahdağ (27 oyun, 4 qol), Zirə (12 oyun, 2 qol), AZAL (28 oyun), Səbail və Znamya Truda-nın (13 oyun) şərəfini qoruyub.