Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlandı


Digərləri 13 İyl 2018 15:53:00 290 0

Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlandı

2018-ci ilin yanvar-iyun aylarında istifadəyə verilən obyektlərin siyahısı açıqlanıb.

Son.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, Bakı şəhərində Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq "Yasamal-1" və "Qobu", 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, "Dinamo" oteli, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikasında isə Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, 922 şagird yerlik 3 ümumtəhsil məktəb binası və bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsinin açılışı həyata keçirilib.