"Gəncə hadisələri qabaqcadan planlaşdırılmış təxribat idi"


Digərləri 13 İyl 2018 15:41:00 266 0

"Gəncə hadisələri qabaqcadan planlaşdırılmış təxribat idi"

"Gəncədə baş verən hadisələr cəmiyyətimizin hiddətinə səbəb oldu. Ölkəmizin tərəqqisini gözü götürməyən qüvvələr terror törətməklə respublikada çaşqınlıq yaratmağa çalışdılar. Onlar anlamalıdırlar ki, Azərbaycan xalqı dövlətimizin arxasında dayanıb. Heç bir qara qüvvə ölkəmizdə mövcud olan sabitliyə, əmin-amanlığa xələl gətirə bilməz. Bu hadisələr bəzi daxili və xarici qüvvələr tərəfindən sabitliyi, ictimai asayişi pozmağa, xaos yaratmağa yönələn təxribat, ermənipərəst mərkəzlərin əvvəlcədən planlaşdırdıqları terror idi".

Son.az xəbər verir ki, bu fikirləri Trend-ə UNEC-in dissertantı Ülviyyə Vahidqızı deyib.

Dissertant qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı, Vətənini, millətini sevən hər bir şəxs qarşıdurma yaratmaq istəyənlərə qarşı sıx birləşməli, birlikdə mübarizə aparmalıdır.

"Bir gənc olaraq məni təəssüfləndirən odur ki, öz vəzifə borclarını yerinə yetirərkən əli silahsız polis əməkdaşlarını vəhşicəsinə qətlə yetirdilər. Ən ağrılı hal isə odur ki, bunu edənlər qara qüvvələrin təsiri altına düşən gənclərdir. Bu gənclər bilməlidirlər ki, onların təhlükəsizliyinin və asayişinin qorunmasını canı bahasına təmin edən hüquq mühafizə orqanlarıdır.