Jirinovski: “Biz Azərbaycan və Ermənistandan birinin xeyrinə birmənalı mövqe tuta bilmərik”


Siyasət 13 İyl 2018 15:28:00 51 0

Jirinovski: “Biz Azərbaycan və Ermənistandan birinin xeyrinə birmənalı mövqe tuta bilmərik”

Hesab edirəm ki, böhranlı vəziyyətlərdə hər hansı görüş vacibdir. Baxın, bu yaxınlarda Putin və Tramp görüşəcəklər. Rusiya ilə ABŞ arasında da münasibətlər çox mürəkkəbdir. Trampı onun administrasiyasından çoxları bu görüşdə iştirak etmək fikrindən daşındırmağa çalışır. Lakin o, görüşü istəyir, çünki başa düşür ki, danışıqlarsız münasibətləri düzəltmək mümkün deyil. Qarabağda da vəziyyət bu cürdür.

Son.az xəbər verir ki, bu sözləri APA-ya müsahibəsində Dövlət Dumasının deputatlarının və rusiyalı siyasi ekspertlərin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən tədbirdə iştirakına münasibət bildirən Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinosvki deyib.

V. Jirinovski bildirib ki, Rusiya vəziyyətin nizamlanmasının təminatçısı kimi çıxış edir: "Bu münaqişədə Azərbaycan özünü haqlı hesab edir. Ermənistan isə özünü. Erməniləri sadəcə, götürüb rədd etmək olmaz. Ona görə də biz hər hansı bir görüşə isti baxırıq. Belə görüşlər ancaq münaqişənin xeyrinədir. Danışıqlar bütün hallarda müharibədən yaxşıdır".

V. Jirinovski Rusiyanın Qarabağ münaqişəsi tərəflərindən birinin xeyrinə mövqe tutmasının mümkün olmadığını vurğulayıb: "Başa düşmək lazımdır ki, biz münaqişə tərəflərindən birinin xeyrinə birmənalı mövqe tuta bilmərik. Ona görə ki, belə mövqe vəziyyəti daha da mürəkkəbləşdirməyə gətirib çıxarar. Bəşəriyyət və dünya siyasəti belə qurulub. Hamı ilə işgüzar münasibətləri dəstəkləmək bizim marağımızdadır. Ona görə ki, sərhədlərimiz yanında böhranlar bizə sərf etmir".

V. Jirinovski münaqişənin həlli ilə bağlı uzun illərdir təkrarladığı reseptdən danışıb: "Bütün postsovet məkanında millətlərarası və ərazi münaqişələri mövcuddur. Bu münaqişə təkcə Dağlıq Qarabağda deyil, Cənubi Osetiya, Abxaziya, Şərqi Ukrayna, Krım, Qırğızıstan və Özbəkistan arasında da münaqişə ocaqları var. Bütün bunlar bolşeviklərin dövründə sərhədlərin səhv müəyyən edilməsinin, vahid ölkənin milli regionlara və süni sərhədlərə bölünməsinin nəticəsidir. Bu köhnə qərarı 70 il keçəndən sonra, SSRİ dağılan vaxt partlatdılar. Vəziyyəti ancaq ilk səhvi aradan qaldırmaqla düzəltmək olar. Keçmiş SSRİ ərazisində sülh ancaq vahid ölkənin yenidən birləşdirilməsi zamanı mümkün ola bilər. Lakin biz heç kəsi məcbur edə bilmərik. Ancaq könüllü şəkildə birləşmək olar. Gec-tez biz buna gələcəyik. Lakin hələlik maraqlar balansına riayət etməyə məcburuq ki, bu və ya digər dondurulmuş münaqişə yanmağa başlamasın".

"Bir neçə il bundan qabaq siz Azərbaycanda səfərdə oldunuz. Azərbaycan prezidenti İlham Əliyev sizi qəbul etdi. Səfərinizdən sonra Azərbaycan haqqında müsbət fikirlər işlətdiniz. Bu səfərə kimi sizin haqqınızda Azərbaycan ictimaiyyətində anti-Azərbaycan, ermənipərəst mövqe tutan şəxs imici var idi. Səfərdən sonra Azərbaycan ictimaiyyətindəki bu mövqedə qismən dəyişikliklər olmuşdu. Lakin Solovyovun məlum verilişində Baqdasarovla həmrəy olmağınız yenidən sizin ermənipərəst mövqeyinizi ortaya qoydu. Bu barədə nə deyə bilərsiniz?" sualına V. Jirinovski belə cavab verib:

"Mənim Azərbaycana və şəxsən tanış olduğun prezident İlham Əliyevə münasibətim gözəldir. Mən onun atası Heydər Əliyevi də yaxşı tanıyırdım. Dəfələrlə Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüşəm, sizin gözəl ölkənizə səfər etmişəm. Bir çox dövlətlərlə qarşılıqlı münasibətlərdə, xüsusilə qonşularla münasibətlərdə sadəcə, hamını məmnun etmək mümkün deyil. Misal üçün, İsrail İranla çox pis münasibətlərə malikdir. Biz bu dövlətlərdən birini seçə bilmərik. Həm Tel-Əvivlə, həm də Tehranla olan yaxşı münasibətlərimizdən istifadə edib, onların mövqelərini yaxınlaşdıra bilərik. Ermənistan və Azərbaycanla da vəziyyət bu cürdür. Bəli, sizin ölkələriniz arasında Dağlıq Qarabağa görə ağır mübahisə var. Lakin buna görə biz tərəflərdən biri ilə münasibətləri pozub, yalnız digəri ilə münasibət qura bilmərik. Bundan əlavə, Rusiya qlobal nəhəngdir. Rusiya dünyanın bir sıra guşələrində təhlükəsizliyin təmin olunmasına cavabdehdir, hər şeydən əvvəl isə öz sərhədləri ətrafında təhlükəsizliyin təmin olunmasına cavabdehdir. Ən təhlükəli qeyri-stabil münaqişə ocaqlarından biri Yaxın Şərqdədir. Və bu münaqişə ocağı hər zaman şimala, Asiya və Cənubi Qafqaz ölkələrinə, hər şeydən öncə Ermənistan və Azərbaycana keçə bilər. Hər iki ölkə təhlükəsizliyin dəstəklənməsində vacib rol oynayır. Ona görə də, Rusiyaya hər iki ölkə ilə konstruktiv münasibətlər lazımdır".

Bakıda bir nəfər dənizdə batıb like
  • 13 İyl 15:24  
Digərləri Bakıda bir nəfər dənizdə batıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər

arrow Ətraflı
Balıq tutmaqdan qayıdırdı, ildırım vurdu like
  • 13 İyl 15:22  
Digərləri Balıq tutmaqdan qayıdırdı, ildırım vurdu

Rusiyanın Kurqan vilayətində balıq tutmaqdan qayıdan kişi ildırım vurmas

arrow Ətraflı
PSG-nin Neymarla bağlı planları like
  • 13 İyl 15:19  
İdman PSG-nin Neymarla bağlı planları

PSG braziliyalı hücumçuNeymarı komandada saxlamağa çalış

arrow Ətraflı
Demet Akalının əri müflis oldu? like
  • 13 İyl 15:15  
Digərləri Demet Akalının əri müflis oldu?

Türkiyəli müğənni Demet Akalın və həyat yoldaşı Okan Kurta aid şirkə

arrow Ətraflı
Pişik çıxış yolunu asanlıqla tapdı  VİDEO  FOTO like
  • 13 İyl 15:10  
Digərləri Pişik çıxış yolunu asanlıqla tapdı VİDEO FOTO

Belaruslu bloqer YouTube kanalınhda pişiyi Pusikin məcaralarını əks etdir

arrow Ətraflı
Sabahdan daha bir marşrut kartla işləyəcək like
  • 13 İyl 15:05  
Digərləri Sabahdan daha bir marşrut kartla işləyəcək

Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən daha bir marşrut xətti

arrow Ətraflı
Dünya çempionatının finalında 29 klub nümayəndəsi like
  • 13 İyl 15:00  
İdman Dünya çempionatının finalında 29 klub nümayəndəsi

Finalçıların mundiala heyətin 29 klubun təmsilçisi var. Sö

arrow Ətraflı
Xəzər dənizində batan şəxsin axtarışları aparılır like
  • 13 İyl 14:57  
Digərləri Xəzər dənizində batan şəxsin axtarışları aparılır

Xəzər dənizində batan şəxsin axtarışları aparılır

arrow Ətraflı
Yaradılış Sütunları daha da yaxınlaşdı  VİDEO  FOTO like
  • 13 İyl 14:56  
Digərləri Yaradılış Sütunları daha da yaxınlaşdı VİDEO FOTO

ABŞ-ın milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri

arrow Ətraflı
Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb like
  • 13 İyl 14:52  
Digərləri Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

2018-ci ilin yanvar-iyun aylarında istifadəyə verilən obyektlərin siyahıs

arrow Ətraflı
Xəyanətdə ittiham edilən rəqqasə Fatimə ÖZÜNDƏN ÇIXDI: like
  • 13 İyl 14:50  
Digərləri Xəyanətdə ittiham edilən rəqqasə Fatimə ÖZÜNDƏN ÇIXDI:

Müğənni Xatun Əliyevanın Fatimə Fətəliyeva barədə yazdığı statusa h

arrow Ətraflı