Səfir: FETÖ-nün müxtəlif ölkələrdə maliyyələşdirdiyi təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb


Digərləri 13 İyl 2018 15:27:00 322 0

Səfir: FETÖ-nün müxtəlif ölkələrdə maliyyələşdirdiyi təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb

FETÖ-nün müxtəlif ölkələrdə maliyyələşdirdiyi təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb

Bakı. İlhamə İsabalayeva - FETÖ-nün müxtəlif ölkələrdə maliyyələşdirdiyi təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfir qeyd edib ki, 2016-cı ilin 15 iyulunda Türkiyə ən ağır gününü yaşadı: "O zaman FETÖ-çular dövlət çevrilişi üçün cəhd etdilər və türk xalqından da layiq olduğu cavabı aldı. Hər bir hadisədə olduğu kimi, bu hadisədə də şəhid verdik və 250 şəhid verdik". E.Özoral bildirib ki, FETÖ-çular dövləti ələ keçirməyə cəhd etdi. Onun sözlərinə görə, dövlət çevrilişi hadisəsi ilə bağlı hazırda 101 cinayət işi üzrə istintaq davam edir. Bu cinayət işləri çərçivəsində 180 min nəfər dövlət işindən çıxarılıb. Səfir əlavə edib ki, FETÖ terror təşkilatına Türkiyədə ağır zərbə vurulub, onun beli qırılıb. Bu təşkilat artıq Türkiyədə fəaliyyət göstərə bilməz: "Azərbaycanda da FETÖ-nun beli çox erkən qırıldı. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığımı bildirirəm". E.Özoral inamla bildirib ki, terror təşkilatının rəhbəri olan Fətullah Gülən Türkiyəyə gətirilərək layiq olduğu cəzanı alacaq:"Bu mübarizə sonadək davam edəcək. Bizim mübarizəmiz yalnız FETÖ-ya qarşı deyil. Türkiyə PKK-ya da qarşı mübarizə aparır. Ümumiyyətlə, Türkiyə terror bitənə qədər ona qarşı mübarizə aparacaq".