Sabirabadda 39 km-lik avtomobil yolunun tikintisi yekunlaşır (FOTO/VİDEO)


Digərləri 13 İyl 2018 15:14:03 213 0

Sabirabadda 39 km-lik avtomobil yolunun tikintisi yekunlaşır (FOTO/VİDEO)

Sabirabadda 39 km-lik avtomobil yolunun tikintisi yekunlaşır

Bakı. Ölkədə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sistemli fəaliyyət həyata keçirilir. Bütün rayonları əhatə edən yenidənqurma işləri yüksək keyfiyyətlə və sürətlə aparılır. Agentlikdən Trend-ə verilən məlumata görə, bu cür layihələrdən biri də Sabirabad rayonunda Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolunun yenidən qurulmasıdır. Sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı. Uzunluğu 39 km olan və 22 min əhalinin yaşadığı 15 yaşayış məntəqəsini əhatə edən Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması artıq yekunlaşmaq üzrədir. Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edir.