Sabahdan daha bir marşrut kartla işləyəcək


Digərləri 13 İyl 2018 15:05:00 300 0

Sabahdan daha bir marşrut kartla işləyəcək

Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən daha bir marşrut xətti üzrə gediş haqqının ödənişi "BakıKart" vasitəsi ilə həyata keçiriləcək.

BNA-dan Son.az-a verilən məlumata görə, iyulun 14-dən 199 nömrəli müntəzəm marşrut xətti üzrə (Xətai prospekti-Bakı Mühəndislik Universiteti) hərəkət edən avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək. Gediş haqlarının "Bakıkart" vasitəsi ilə ödənilməsini təmin etmək üçün "Xaliq Faiqoğlu" şirkəti tərəfindən xəttə texniki baxımdan saz vəziyyətdə olan və validatorla təchiz edilən nəqliyyat vasitələri buraxılacaq. 199 nömrəli marşrut xəttinin hərəkət sxeminə uyğun dayanacaqlarda ödəmə terminallarının qoyulması ilə bağlı zəruri tədbirlər görülür.