Yaradılış Sütunları daha da yaxınlaşdı VİDEO FOTO


Digərləri 13 İyl 2018 14:56:00 297 0

Yaradılış Sütunları daha da yaxınlaşdı  VİDEO  FOTO

ABŞ-ın milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri "Yaradılış Sütunları"nın yeni fotoların yayıblar.

Son.az bildirir ki, bu fotolar "Chandra" rentgen rəsədxanası və "Hubble" kosmik teleskopu vasitəsilə çəkilmiş görüntülərin birləşdirilməsi nəticəsində əldə olunub.

Qartal ulduz dumanlığında, Yerdən təxminən 7 min işıq ili məsafəsində olan "Yaradılış Sütunları"nda yeni ulduzlar formalaşır, protoulduzlar dağılıb məhv olunur. "Yaradılış Sütunları"nın ilk görüntüləri 1995-ci ilin aprelin 1-də arizonalı tələbələr Ceff Hester və Pol Skouen tərəfindən qismən çəkilmiş.

Tam görüntülər 2014-cü ildə "Hubble" kosmik teleskopu vasitəsilə əldə olunmuşdu.


Xəbərə aid fotolar