Ögey anasını öldürüb meyitini su quyusuna atmaqda təqsirləndirilən şəxsdən XƏBƏR VAR


Digərləri 13 İyl 2018 14:43:00 268 0

Ögey anasını öldürüb meyitini su quyusuna atmaqda təqsirləndirilən şəxsdən XƏBƏR VAR

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxıda 57 yaşlı qadını öldürüb su quyusuna atmaqda təqsirləndirilən Rəhim Bağırovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin bacış iclası iyulun 17-nə təyin edilib.

Qeyd edək ki, hadisə Şamaxı şəhərinin Azadlıq küçəsindəki 52 saylı mənzildə qeydə alınıb. Şəhər sakini, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızı naməlum şəxs tərəfindən öldürülərək meyiti yaşadığı evin həyətindəki köhnə su quyusuna atılıb. Qadının meyitinin gizlədilməsi üçün onun üstünə daş və torpaq, ağac atılıb.

Ötən ilin noyabr ayında Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları itkin düşən B.Bağırovanın meyitini həyətindəki köhnə su quyusundan, torpağın altından çıxararaq müayinə üçün Respublika Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.