Tunis millisində baş məşqçi istefası


İdman 13 İyl 2018 14:40:00 346 0

Tunis millisində baş məşqçi istefası

Tunis millisinin baş məşqçisi Nabil Maalul istefa verib. Goal.az xəbər verir ki, Şimali Afrika təmsilçisi Rusiyada təşkil olunmuş dünya çempionatındakı çıxışını başa vurduqdan iki həftə sonra baş məşqçi ayrılmaq qərarına gəlib. Bu barədə “France Press” nəşri məlumat yayıb. Məlumata görə, Tunis Futbol Federasiyası artıq Maalulun istefasını qəbul edib və yeni baş məşqçi axtarışına başlayıb. O  isə yığmadan ayrılan kimi Qətərin Al-Duhail klubu ilə anlaşıb.