Prezident İlham Əliyev: Terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir


Digərləri 13 İyl 2018 14:12:00 204 0

Prezident İlham Əliyev: Terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir

Terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir.

Bakı. Terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir. Trend-in məlumatına görə, bunu iyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib. Dövlətimizin başçısı qeyd edib ki, iyulun 3-də və iyulun 10-da Gəncə şəhərində törədilmiş qanlı cinayətlər dövlətçiliyimizə qarşı törədilmiş cinayətlərdir: "Bu terror aktları nəticəsində iki polis əməkdaşı həlak olub. Yaralanan vətəndaşlarımız var, onların arasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı da olub. Allah şəhidlərimizə rəhmət eləsin, yaralananlara şəfa versin!" İlham Əliyev bildirib ki, bu cinayəti törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir: "Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə bu qanlı terror aktları törədilib". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin