Xınalıqda 2500 il yaşı olan qədim nekropol aşkarlandı FOTO


Digərləri 13 İyl 2018 13:53:00 355 0

Xınalıqda 2500 il yaşı olan qədim nekropol aşkarlandı  FOTO

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Xınalıq arxeoloji ekspedisiyası Quba rayonunun Xınalıq kəndinin cənub-şərqində e.ə. I minilliyin ortalarına və ikinci yarısına aid edilən qədim nekropolu aşkar edib.

Son.az xəbər verir ki, İnstitutdan Trend-ə verilən məlumata görə, ilkin aşkar edilmiş və tədqiq olunmuş 12 qəbir əsasən şərq-qərb istiqamətlidir, daş plitə parçaları ilə divarları üzlənmiş və üzəriləri daş plitələrlə örtülüb. Aşkar edilmiş skeletlər əsasən sağ, həmçinin sol böyürü, həm də beli üzərində uzadılmış vəziyyətdədirlər. Onların kəllələri şimal-qərbə istiqamətlənib. Skeletlər və onlardan nümunələr antropoloji və d. çeşidli analizlər üçün götürülüb.

Tədqiq edilmiş qəbirlərdə zəngin dəfn inventarı - tunc və dəmirdən hazırlanmış silahlar (nizə, ox ucluqları və d., o cümlədən, iskitlərə xas ox ucluğu), tuncdan bəzək əşyaları (qolbaqlar, asmalar, tac formasında dəmir lövhələr - alınlıqlar, saç sancaqları və d.), çoxsaylı əqiq, pasta mənşəli muncuqlar və d. maddi mədəniyyət nümunələri aşkar edilib.

Maddi mədəniyyət nümunələri ərazinin müasir Azərbaycanın şimali-qərb və şimali-şərq regionları, həmçinin, müasir Dağıstan (Rusiya Federasiyası) ilə öz dövründə intensiv mədəni əlaqələrə malik olmasını bariz nümayiş etdirir:


Xəbərə aid fotolar