Avrokuboklarda 3 fərqli adla darmadağın


İdman 13 İyl 2018 14:00:00 312 0

Avrokuboklarda 3 fərqli adla darmadağın

Keşlə-nin yeni adla Avrokuboklarda debütü uğursuz alınıb. Paytaxt təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Maltada Balzan-a uduzub - 1:4. Goal.az xəbər verir ki, bununla da klub avrokuboklar tarixində 3-cü ağır yenilgisini yaşayıb. Komanda böyük hesbalı məğlubiyyətlərin hərəsini bir adla alıb. Xəzər Universiteti kimi Tampere-yə 0:3, İnter kimi Fola-ya 1:4 hesabı ilə uduzan paytaxt klubu bu dəfə Keşlə adı ilə darmadağın görüb.

Ümumilikdə isə Azərbaycan klubları avrokuboklar tarixində 42-ci dəfə böyük hesablı məğlubiyyətlə üzləşib. Qarabağ hamıdan çox – 13, Neftçi 6 dəfə darmadağına məruz qalıb. Kəpəz 4, Şəmkir, Qəbələ və Keşlə hərəyə 3, Bakı, Şəfa, Xəzər Lənkəran hərəyə 2 dəfə ağır məğlubiyyət alıb. Turan, Xəzri, Viləş və Simurq-un passivində bir belə məğlubiyyət var.