"Ən kaprizli müğənni Röyadır" Elnur


Şou-biznes 13 İyl 2018 13:39:00 332 0

"Ən kaprizli müğənni Röyadır"  Elnur

Stilist Elnur Həsənov rejissor Nail Naiboğlunun "Stop" layihəsinin qonağı olub.

Son.az axşam.az-a istinadən məlumatına görə, stilist müğənnilərlə işbirliyindən danışıb. O, ən kaprizli məşhurun adını açıqlayıb:

"Çalışdığım məşhur insanların çoxunu azaltmışam və sevdiklərim yanımdadır. Hər səhnə adamının öz kaprizi var. Səhnəyə çıxan ərəfədə onların kaprizini başa düşmək olur. Bir-birimizə etibarımız yarananda isə kapriz itir. Amma ən kaprizlisi Röyadır".