"Məqsədimiz odu ki, komandamız UEFA Gənclər Liqasında mübarizəyə qoşulsun”


İdman 13 İyl 2018 13:20:00 257 0

"Məqsədimiz odu ki, komandamız UEFA Gənclər Liqasında mübarizəyə qoşulsun”

Dünən Zirə-nin 19 yaşlı komandası Milli Aviasiya Akademiyasının stadionunda İraq futbol akademiyalarının yığma komandası ilə yoxlama oyunu keçirib. Goal.az xəbər verir ki, qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Akademiya rəhbəri Adil Şükürov açıqlamasında belə nəticənin əldə olunmasına təəssüfünü gizlətməyib: 

“AFFA Gənclər Liqasında mübarizə aparacaq komandamız yenidən qurulur. Komandaya 2000-2001-ci il təvəllüdlü uşaqları cəlb etmişik. Eyni zamanda məşqlərə də yeni başlamışıq. Buna baxmayaraq, İraq yığması ilə oyunda üstün tərəf biz idik. Təəssüf ki, çoxsaylı qol imkanlarımızdan yararlana bilmədik. Bizim də məqsədimiz odu ki, komandamız UEFA Gənclər Liqasında mübarizəyə qoşulsun”.

Zirə-nin 19 yaşlılardan ibarət komandası son mövsümü 8-ci pillədə yekunlaşdırmışdı.