Keşlə - Balzan oyununa hakim təyinatları açıqlanıb


İdman 13 İyl 2018 13:02:00 370 0

Keşlə - Balzan oyununa hakim təyinatları açıqlanıb

Keşlə və Balzan (Malta) arasında Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa hakim təyinatları açıqlanıb. Goal.az xəbər verir ki, qarşılaşmada ədaləti Rusiyadan olan hakimlər briqadası qoruyacaq.

19 iyul

21:00. Keşlə - Balzan (Malta)

Baş hakim: Mixail Vilkov

Köməkçi hakimlər: Aleksey Vorontsov, Vladimir Mineviç

Dördüncü hakim: Aleksey Suxoy (hamısı Rusiya)

UEFA nümayəndəsi: Krauford Vilson (Şimali İrlandiya)

Hakim-inspektor: Stepen Lodqe (İngiltərə)

Keşlə - Balzan görüşü iyulun 19-da, saat 21:00-da “Dalğa Arena”da keçiriləcək . İlk oyunda Keşlə rəqibinə 1:4 hesabı ilə məğlub olub.