Yanvar-iyun ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb


Digərləri 13 İyl 2018 10:40:00 267 0

Yanvar-iyun ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

2018-ci ilin yanvar-iyun ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb.

Bakı. 2018-ci ilin yanvar-iyun ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 396.37 mln. manat məbləğində sığorta haqları toplanıb, 119.3 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Bu barədə Trend-ə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib. Könüllü sığorta bazarı üzrə haqlar 286.84 mln. manat, ödənişlər isə 87.11 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 109.53 mln. manat, ödənişlər isə 32.19 mln. manat olub.