Ujpest-in baş məşqçisi: "Hər klub Neftçi kimi imkanlı deyil"


İdman 13 İyl 2018 10:28:00 323 0

Ujpest-in baş məşqçisi: "Hər klub Neftçi kimi imkanlı deyil"

Neftçi Avropa Liqasının I təsnifat mərhələsində keçirdiyi ilk oyunda Ujpest-i məğlub edib - 3:1. Goal.az xəbər verir ki, matçdan sonra Macarıstan klubunun baş məşqçisi Neboyşa Viqnyeviç bunları deyib:

Neftçi-ni təbrik edirəm. Öz oyunçularıma bu şərtlərdə mübarizə apardıqları üçün təşəkkür edirəm. Oyundan əvvəl rəqib barədə məlumat toplamışdım və Avropa Liqasının qrup mərhələsində çıxış etdiklərini bilirdim. Oyunun əvvəllərində hesabı açdıq və çox xoşbəxt idim. İnanırdım ki, qələbə qazanacağıq. Lakin bundan sonra Neftçi topa sahib olmağa başladı və onlara 3 qolu hədiyyə etdik. Buna görə çox təəssüf edirəm. Cavab görüşündə daha yaxşı nəticə qazancağımıza ümid edirəm. Bərabərlikdən sonra da rəqib topa sahib idi. Bu da bizə problem yaradırdı. Yenə deyirəm, rəqibin yaxşı komanda olduğunu bilirdim. Viza probleminə görə Bakıya buraxılmayan futbolçularımıza görə biz - rəhbərlik məsuliyyət daşıyırıq.

Burada 5 ildi işləyirəm. Hər klub Neftçi kimi imkanlı deyil. Burda işlədiyim üçün qürur duyuram və hər şey məni qane edir. Bu, bizim problemdir və artıq geridə qaldı. Cavab matçında Bakıya gətirə bilmədiyimiz iki oyunçu da oynayacaq. Müsbət nəticə üçün əlimizdən gələni edəcəyik.

Viqnyeviç Neftçi-nin heyətində Rəhman Hacıyev, Namik Ələsgərov, Dario Frederiko və Baqali Dabonun oyununu qeyd edib: "Rəhman daha yüksək səviyyədə oynamağa layiqdir. Daboya özümüz şərait yaratdıq".