Bakıda qardaş bacısını qətlə yetirib


Sosial 13 İyl 2018 10:17:02 248 0

Bakıda qardaş bacısını qətlə yetirib

Fakt üzrə cinayət işi başlanıb

Bakıda 42 yaşlı qadın qardaşı tərəfindənöldürülüb.

“Report”un xəbərinə görə, Yasamal rayonunda 1976-cı il təvəllüdlü Xanım Bayramova kirayə yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib.

Onu qətlə yetirən qardaşı 1974-cü il təvəllüdlü Sədi Bayramov Xızı rayonunda saxlanılıb.

Fakt üzrə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.