Dünya çempionatının açılışı kimi final oyunu da ona həvalə olundu


İdman 13 İyl 2018 09:46:00 261 0

Dünya çempionatının açılışı kimi final oyunu da ona həvalə olundu

Dünya çempionatında Fransa və Xorvatiya yığmaları arasında keçiriləcək final matçına hakim təyinatları açıqlanıb. Goal.az xəbər verir ki, görüş argentinalı Nestor Pitanaya həvalə olunub. Ona həmyerliləri Ernan Maydana və Xuan Belatti yan xətt, hollandiyalı Byorn Kuypers dördüncü hakim qismində kömək edəcək. İyulun 15-də Moskvadakı "Lujniki" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Bundan bir gün əvvəl isə Sankt-Peterburqdakı eyniadlı stadionda Belçika və İngiltərə yığmaları arasında keçiriləcək görüş isə iranlı Alireza Faqaniyə tapşırılıb. Görüşə saat 19:00-da start veriləcək.

Nestor Pitana Rusiyanın Səudiyyə Ərəbistanını 5:0 hesabı ilə yendiyi açılış oyununun da baş hakimi olub.