BANMın tələbələri Petkimdə işə və təcrübəyə başlayır FOTO


Digərləri 13 İyl 2018 10:12:00 355 0

BANMın tələbələri Petkimdə işə və təcrübəyə başlayır  FOTO

Bakı Ali Neft Məktəbində (BANM) ali məktəbin SOCAR-ın Türkiyədəki Petkim neft-kimya kompleksinə işə və təcrübəyə qəbul olunan tələbə və məzunlarının görüşü keçirilib.

Ali məktəbdən Son.az-a verilən məlumata görə, görüşdə BANM-ın rektoru Elmar Qasımov, Petkim Petrokimya Holdinqin insan resursları üzrə baş direktorunun müavini Levent Kocagül, "Yetenek kazanım və yetenek işletim" müdiri Bəhruz Babayev, ali məktəbin professor-müəllim heyəti, Petkimə göndəriləcək tələbə-məzunlar və onların valideynləri iştirak ediblər.

Tədbirdə çıxış edən BANM-ın rektoru E.Qasımov tədbirdə iştirak edən hər kəsi salamlayaraq bildirib ki, hər il olduğu kimi bu il də SOCAR-ın Türkiyədəki müəssisələri işə qəbul və istehsalat təcrübəsi keçmək üçün seçimi Azərbaycandan yalnız BANM-ın tələbələri arasından edib. Rektor qeyd edib ki, bu il İzmir şəhərində yerləşən Petkim Petrokimya Zavodu ali məktəbin 4 məzununu işə götürüb və 20 tələbəsini istehsalat təcrübəsi keçmək üçün seçib. E.Qasımov Petkimin bu addımını ali məktəbə olan böyük etimad və etibarın bariz nümunəsi olduğunu vurğulayıb.

Petkim Petrokimya Holdinqin insan resursları üzrə baş direktorunun müavini L.Kocagül öz çıxışında bildirib ki, Petkimin BANM-ın tələbə və məzunlarına olan marağı onların öz sahələri üzrə yüksək bilik və bacarığa malik olmaları, həmçinin nizam və intizam qaydalarına ciddi əməl etmələri ilə əlaqədardır. L.Kocagül bu il işə və təcrübəyə qəbul edilən tələbələrin sayının gələcəkdə daha da artacağını qeyd edib. Sonda o, təcrübə keçəcək tələbələri, işə başlayacaq məzunları və onların valideynlərini təbrik edib.

Holdinqin "Yetenek kazanım və yetenek işletim" müdiri B.Babayev tələbələrin iyulun 18-dən etibarən İzmirdə təcrübəyə başlayacaqlarını bildirib və zavodun iş prosesindən, təhlükəsizlik qaydalarından, tələbələr üçün hazırlanmış layihələrdən, onların inkişafı üçün nəzərdə tutulmuş proqramlardan danışıb.


Xəbərə aid fotolar