Dövlət qulluğuna qəbul üçün müsahibə keçirilir


Digərləri 13 İyl 2018 09:30:39 274 0

Dövlət qulluğuna qəbul üçün müsahibə keçirilir

Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati vəzifələrin 5-7- ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati vəzifələrin 5-7- ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, mərkəz mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında ümumilikdə 7 dövlət orqanı üzrə inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 56 vakant icraçı vəzifələrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi keçirilir. Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – avqustun 12-dək davam edəcək.