300dən çox itirilmiş sənəd sahiblərinə qaytarılıb


Digərləri 13 İyl 2018 08:59:00 273 0

300dən çox itirilmiş sənəd sahiblərinə qaytarılıb

"Azərpoçt" MMC-nin "Poçtap" axtarış sistemində 972 itirilmiş sənəd qeydiyyata alınıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə MMC-dən məlumat verilib.

Bu sənədlərdən 312-i sahiblərinə təhvil verilib. Tapılan sənədlərin 653-ü müvafiq strukturlara göndərilib, 7-i isə "Azərpoçt"un şöbə və filiallarında saxlanılır.