Qardaş qardaşı bel ilə döyərək ona ağır xəsarət yetirib


Kriminal 13 İyl 2018 08:37:22 338 0

Qardaş qardaşı bel ilə döyərək ona ağır xəsarət yetirib

Abşeron rayonunda dava zamanı bir nəfər xəsarət alıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Mazasır qəsəbəsində baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Hümbətov Rövşən İmran oğlu qardaşı Ruslan Hümbətovla yaşadığı evdə mübahisə edib.

Mübahisə hər iki tərəfin bir-biri ilə əlbəyaxa davası ilə nəticələnib. Dava zamanı R.Hümbətov qardaşının başına bel ilə zərbə vurub. Nəticədə Ruslan Hümbətov açıq kəllə-beyin travması alıb.