Tramp Consonun əla baş nazir ola biləcəyinə inanır


Dünya 13 İyl 2018 08:22:00 306 0

Tramp Consonun əla baş nazir ola biləcəyinə inanır

ABŞ prezidenti Donald Tramp Britaniya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Boris Consonun Birləşmiş Krallığın əla baş naziri ola biləcəyinə inanır. Son.az Trend-ə istinadən bildirir ki, bu haqda Tramp ötən gün nəşr olunan "The Sun" qəzetinə verdiyi müsahibədə söyləyib.

"Mənim Borisə böyük hörmətim var. Əminəm ki, onunda məndən xoşu gəlir, ona görə ki, O, mənim haqqımda gözəl şeylər deyir", - bu haqda Böyük Britaniyada işgüzar səfərdə olan Tramp bildirib.

Consonun yaxşı hökmət rəhbəri ola biləcəyi haqqında suala, Tramp söylədi: "Mən onları üz üzə qoymaq istəməzdim (baş nazir Tereza Meyi nəzərdə tutur). Mən sadəcə deyirəm ki, Boris çox yaxşı baş nazir ola bilər".