300-dən çox itirilmiş sənəd sahiblərinə qaytarılıb


Digərləri 13 İyl 2018 08:18:22 372 0

300-dən çox itirilmiş sənəd sahiblərinə qaytarılıb

“Azərpoçt” MMC-nin “Poçtap” axtarış sistemində 972 itirilmiş sənəd qeydiyyata alınıb

Bakı. Hüseyn Vəliyev - "Azərpoçt" MMC-nin "Poçtap" axtarış sistemində 972 itirilmiş sənəd qeydiyyata alınıb. Bu barədə Trend-ə MMC-dən məlumat verilib. Bu sənədlərdən 312-i sahiblərinə təhvil verilib. Tapılan sənədlərin 653-ü müvafiq strukturlara göndərilib, 7-i isə "Azərpoçt"un şöbə və filiallarında saxlanılır.