Azərbaycanda mikroavtobus aşıb, 10 nəfər xəstəxanaya yerləşdirilib


Digərləri 13 İyl 2018 07:48:00 244 0

Azərbaycanda mikroavtobus aşıb, 10 nəfər xəstəxanaya yerləşdirilib

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Son.az APA-ya istinadən bildirir ki, qəza rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. "Mercedes Vito" markalı mikroavtobus və "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Qəza zamanı "Mercedes Vito"-nun aşdığı bildirilir.

Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan ikisinin azyaşlı olduğu bildirilir.

Qəzanın təfərrüatları müəyyənləşdirilir. Əlavə məlumat veriləcək.