Çin sənaye parkında partlayış baş verib


Digərləri 13 İyl 2018 06:43:50 249 0

Çin sənaye parkında partlayış baş verib

Çinin cənubi-qərbində yerləşən Siçuan əyalətindəki sənaye parkında partlayış nəticəsində 19 nəfər həlak olub, 12 nəfər yaralanıb.

Bakı. Yerli mətbuatın verdiyi məlumata görə, Çinin cənubi-qərbində yerləşən Siçuan əyalətindəki sənaye parkında partlayış nəticəsində 19 nəfər həlak olub, 12 nəfər yaralanıb. Hadisə, cümə axşamı günü yerli vaxtla saat 18:30-da Tsyanan bölgəsinin İbin şəhərində sənaye parkı ərazisində meydana gəldi.