Albert Eynşteynin İmam Sadiq(ə)ın elmi ilə bağlı tarixi etirafı


Digərləri 12 İyl 2018 23:50:00 310 0

Albert Eynşteynin İmam Sadiq(ə)ın elmi ilə bağlı tarixi etirafı

O, qeyd edib ki, illər öncə, İran fiziki, dünya şöhrətli professor Seyyid Mahmud Həssabi bir elmi məsələ barəsində şübhələrin həlli üçün dünya şöhrətli alim Albert Eynişteynlə görüşə gedir. Eynşteyn ondan gəlişinin səbəbini soruşaraq deyir: Səni vətənindən buraya qədər gəlməyə vadar edən nədir?

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, professor Həssabi isə suallarının olduğunu və cavabını soruşmaq üçün gəldiyini söyləyir.

Eynşteyn isə cavabında bildirir ki, sizin dininizdə elə bir şəxs vardır ki, 5 yaşı olanda qərbin məşhur alimi Ptolomeyin müəmmalarını cavablandırıb. Bütün bununla belə suallarına cavab tapmaq üçün mənim yanıma gəlmisiz?

Həssabi təəccüblə soruşur: Bu dediyiniz şəxs kimdir?

Eynşteyn: Bu sizin imamınız İmam Sadiqdir (ə).