Ayədə pak olanlar kimdir?


Digərləri 12 İyl 2018 23:55:00 305 0

Ayədə pak olanlar kimdir?

Quranın bəzi ayələri tam aydın, bəziləri isə mənası tam aydın olmayan, insanı araşdırmağa vadar edən ayələrdir.

Quranda bu kimi, işarə etiyi araşdırılmağa ehtiyac olan ayələrdən biri də fatir surəsinin 32-ci ayəsində "Öz yanımızda pakladığımız şəxslər" ifadəsidir ki, Allah Təala Quranı bu şəxslərə miras verdiyini zikr edir. Ayədə buyrulur:

"Sonra Biz Kitabı Öz yanımızda seçib pakladığımız şəxslərə miras etdik."

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, ayədə Kitabın seçilmiş şəxslərə miras olunduğu qeyd olunur. Ayəyə əsasən Allah Quranın taleyini hər kəsin, sıradan insanların ixtiyarına qoymayıb. Elə isə ayədə zikr olunan "seçilmişlər" kimdir?

Bu barədə Ayətullah Sistaninin dəftərxanasına sual ünvanlanıb:

Cavab:

Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə (Muhəmməd ümmətinə) miras verdik. Onlardan (ümmətdən) kimisi özünə zülm edər, kimisi mötədil olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə önə keçər. Bu (Kitaba varis olmaq) böyük lütfdür!