Hansı günah hansı acı nəticəyə səbəb olur?


Digərləri 12 İyl 2018 23:45:00 327 0

Hansı günah hansı acı nəticəyə səbəb olur?

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Səccad (ə) bizə hansı günahın hansı bəlalara səbəb olduğunu bəyan etmiş və bizləri bu sahədə maarifləndirmişdir ki, tövbə qapısını unutmayaq.

Nemətləri dəyişdirən günahlar bunlardır: insanların haqqına təcavüz etmək, xeyir işdən uzaqlaşmaq, insanlara yaxşılıq etməkdən uzaqlaşmaq, nemətə küfr etmək, şükrü tərk etmək.

Həsrətə səbəb olan günahlar: insan qətl etmək, sileyi-rəhmi tərk etmək, namazı vaxtı keçənə qədər təxirə salmaq, vəsiyyəti tərk etmək, insanların maddi haqlarını qaytarmamaq, zəkatı tərk etmək.

Neməti məhv edən günahlar: istehza, insanları xar etmək.

Pərdələri cıran günahlar: şərabxorluq, qumarbazlıq, yersiz işlərlə məşğul olmaq, yersiz zarafat etmək, insanların eyiblərindən danışmaq, şərabxorlarla dost olmaq.

Bəlanın nazil olmasına səbəb olan günahlar: qəmlilərin dadına çatmamaq, zülm görmüşlərə yardım etməmək, əmr-be-məruf və nəhy-əz-munkəri zay etmək.

Düşmənlərin qələbə çalmasına səbəb olan günahlar: aşkar zülm, günahları dilə gətirmək, haramı mübah bilmək, yaxşı insanlardan boyun qaçırtmaq, pis insanlara itaət etmək.