Bakıda gənc dənizdə qərq oldu


Digərləri 12 İyl 2018 23:47:00 258 0

Bakıda gənc dənizdə qərq oldu

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda dənizdə 1998-ci il təvəllüdlü Məmmədov Cavid Rəhman oğlunun batdığı ehtimal olunur.

Son.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.