Azərbaycan nefti ucuzlaşıb


Digərləri 12 İyl 2018 23:29:00 306 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 77,92 dollar/barel təşkil edib

Bakı. Ənvər Məmmədov - CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 77,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,44 dollar dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 11-də 77,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,53 dollar/barel azdır.