Səbrin dörd şöbəsi


Digərləri 12 İyl 2018 23:10:00 1260 0

Səbrin dörd şöbəsi

Əmirəl-mömininə (ə) imanla bağlı sual verirlər və Həzrət (ə) buyurur: "Allah Təala imanı dörd sütunda qərar vermişdir: səbir, yəqin, ədalət və cihad".

Son.az deyerler.org-a istinadən bildirir ki, səbrin dörd şöbəsi vardır: meyil, qorxu, zöhd və nəzarət. Hər kimin behiştə meyili olar - nəfsani istəklərini kənara qoyar. Hər kim cəhənnəmdən qorxar - haram işlərdən üz çevirər. Hər kim dünyada zahid olar - müsibətlər onun üçün asan olar. Hər kim ölümün intizarını çəkər - yaxşı əməllər görməyə tələsər.

Haqq ağırdır. Ancaq Allah onu səbirlilər üçün asan etmişdir.

İmam Əli (ə) başqa yerdə buyurur: "Yaxşılığı və əməli riyadan uzaq olmaq üçün gizli saxlamaq, narahatlıqlara səbir etmək, müsibətləri gizlətmək- behiştin xəzinələrindəndir".