Prezident İlham Əliyev: "Azərbaycan NATO və üzv dövlətlərin ölkəmizin ərazi bütövlüyünə davamlı dəstəyini yüksək qiymətləndirir"


Siyasət 12 İyl 2018 23:07:00 58 0

Prezident İlham Əliyev: "Azərbaycan NATO və üzv dövlətlərin ölkəmizin ərazi bütövlüyünə davamlı dəstəyini yüksək qiymətləndirir"

Azərbaycan NATO və üzv dövlətlərin ölkəmizin ərazi bütövlüyünə davamlı dəstəyini yüksək qiymətləndirir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib: "Cənab baş katib, xanımlar və cənablar. Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır. 2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət edirlər. 2018-ci ilin yanvar ayından Azərbaycan Qətiyyətli Dəstək missiyasındakı hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırıb".

İlham Əliyev vurğulayıb ki, Azərbaycan bir neçə dəfə Əfqanıstan Milli Ordusu üçün Etimad Fonduna maliyyə dəstəyi göstərib: "Biz Azərbaycanda Əfqanıstan Ordusunun şəxsi heyəti üçün təlimlər təşkil edirik. Özündə 200-dən çox ictimai xidməti birləşdirən "ASAN xidmət" Əfqanıstanda tətbiq olunur".

Prezident bildirib ki, Azərbaycan Qətiyyətli Dəstək missiyasına nəqliyyat və logistik dəstək də göstərir:

"Ötən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bu missiyaya tranzit dəstəyi göstərilməsinə böyük dərəcədə kömək edib. Ötən il Azərbaycan "Asiyanın Qəlbi - İstanbul Prosesi"nə həmsədrlik, keçən ay isə Beynəlxalq Təmas Qrupunun toplantısına ev sahibliyi edib. Ermənistanın təcavüzündən əziyyət çəkən və bu təcavüz nəticəsində beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunmuş, bir milyon soydaşına qarşı məlum acınacaqlı etnik təmizləmə törədilmiş Azərbaycan işğalın və dağıntının iqtisadi və humanitar nəticələrini yaxşı anlayır".

Dövlət başçısı deyib ki, Azərbaycan NATO və bu təşkilatın üzv dövlətləri tərəfindən ölkəmizin siyasi müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və Ermənistanla münaqişənin bu prinsiplərə əsaslanan həllinə verdiyi davamlı dəstəyi yüksək qiymətləndirir.

İlham Əliyev qeyd edib ki, Azərbaycan Əfqanıstanın üzləşdiyi təhlükəsizlik təhdidlərinin aradan qaldırması, ölkədə sülh və inkişafın əldə edilməsi işinə köməyini bundan sonra da davam etdirəcək.

Məşhur model istirahətə getdi, əri getmədi  FOTO like
  • 12 İyl 23:01  
Digərləri Məşhur model istirahətə getdi, əri getmədi FOTO

Populyar amerikalı aktrisa və model Emili Ratakovski rəfiqələri, dostları

arrow Ətraflı
Quran digər ümmətlərin cənnətə daxil olacağını necə izah edir? like
  • 12 İyl 22:55  
Digərləri Quran digər ümmətlərin cənnətə daxil olacağını necə izah edir?

Dünyanın insan üçün bir son olmaması və ölümdən sonra yeni bir aləmə

arrow Ətraflı
Qurani Kərimdən qısa və gözəl bir dua nümunəsi like
  • 12 İyl 22:50  
Digərləri Qurani Kərimdən qısa və gözəl bir dua nümunəsi

Quran bir ilahi lütf olaraq əhatəli bir kitabdır. Bu kitab əqidəvi, əxlaq

arrow Ətraflı
İnsan olmaq ləyaqəti hər kəsə nəsib olmur like
  • 12 İyl 22:45  
Digərləri İnsan olmaq ləyaqəti hər kəsə nəsib olmur

Quran buyurur: "Əgər Allah bəndələrinin ruzisini bol etsəydi şübhə

arrow Ətraflı
Yasamalda mənzildə meyit tapılıb like
  • 12 İyl 22:32  
Digərləri Yasamalda mənzildə meyit tapılıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əs

arrow Ətraflı
Məşhur aparıcı çılpaq fotolarını paylaşdı  FOTO like
  • 12 İyl 22:30  
Digərləri Məşhur aparıcı çılpaq fotolarını paylaşdı FOTO

Britaniyanın İTV2 telekanalındakı "Love İsland" realiti-şousunun

arrow Ətraflı
İran Azərbaycanı belə bitirmək istəyir like
  • 12 İyl 22:22  
Dünya İran Azərbaycanı belə bitirmək istəyir

Son.az axar.az-a istinadən güneyli yazar Həsən Kərimzadənin "Azərbay

arrow Ətraflı
İsrail çaşqındır: Suriya hər an... like
  • 12 İyl 22:21  
Dünya İsrail çaşqındır: Suriya hər an...

Son illərdə İsrail Suriyanın silahlı müxalifəti olaraq göstərilən qrup

arrow Ətraflı
“Ömrüm boyu əldə etdiylərimi bu iki şeyə borcluyam” – like
  • 12 İyl 22:20  
Digərləri “Ömrüm boyu əldə etdiylərimi bu iki şeyə borcluyam” –

Əllamə Qazi Təbatəbai İslamin bökük arifi, əxlaq ustadı və filosoflar

arrow Ətraflı
“Sosial şəbəkələrdə normal adamlar olmur” like
  • 12 İyl 22:19  
Digərləri “Sosial şəbəkələrdə normal adamlar olmur”

"Mən əvvəllər də deyirdim ki, sosial şəbəkələrdə normal adamlar

arrow Ətraflı
“Onlar ölkəmizi parçalamaq istəyirlər!” like
  • 12 İyl 22:16  
Siyasət “Onlar ölkəmizi parçalamaq istəyirlər!”

Gəncə hadisələrinə dair. Birmənalı olaraq, bu faciədir. İlk növbədə.

arrow Ətraflı
İmam Əli (ə): "Din qardaşının dostluğuna əmin olanda, artıq..." like
  • 12 İyl 22:15  
Digərləri İmam Əli (ə): "Din qardaşının dostluğuna əmin olanda, artıq..."

İmam Əli (ə): "(Din) qardaşının dostluğuna əmin olanda, artıq nə

arrow Ətraflı
Lotu Qulinin yeni fotosu yayıldı like
  • 12 İyl 22:13  
Digərləri Lotu Qulinin yeni fotosu yayıldı

Azərbaycanlı "qanuni oğru", hazırda Türkiyədə yaşayan "Lo

arrow Ətraflı
Xudatda VAZ velosipedçini vuraraq aşıb, like
  • 12 İyl 22:11  
Digərləri Xudatda VAZ velosipedçini vuraraq aşıb,

Bu gün axşam saatlarında Xudat-Nabran yolunda yol-nəqliyyat hadisəsi qeydə

arrow Ətraflı