Quran digər ümmətlərin cənnətə daxil olacağını necə izah edir?


Digərləri 12 İyl 2018 22:55:00 344 0

Quran digər ümmətlərin cənnətə daxil olacağını necə izah edir?

Dünyanın insan üçün bir son olmaması və ölümdən sonra yeni bir aləmə köç etməsi və əməllərinə görə hesab verməsi etiqadı Quranın Allahı tanıtdırdığdan sonra üstündə təkidlə dayandığı ikinci əsas prinsipdir. Bunu Quran və hədislər, həmçinin düşünən sağlam əqil sössüz təsdiq edir. Çünki heç bir şey hədəfsiz deyildir və hər bir şey zamanla öz hədəfinə doğru hərəkətdədir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, insan da yaşamaqla yarandığı andan Allahın onun üçün təyin etdiyi son hədəfinə doğru irəliləməkdədir. Quran insana əbədi var olacağı vədəsini verir və son məkan olaraq dayanacı yeri cənnət və cəhənnəm kimi izah edir. Həmçinin Quran cənnət və cəhənnəmi yalnız müsəlmanlara deyil bütün insanlara vəd edir:

"Onlar Nəim cənnətlərində olacaqlar,

çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),

Bir azı da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir." (Vaqiə-12-13-14)

Ayədən görünən budur ki, cənnət əhlinin çoxu İslamdan əvvəki ümətlərdən olacaq. Bunun səbəbi odur ki, hədislərdə 124 min peyğəmbərin gəldiyi qeyd olunur. Həm zaman etibari ilə, həm də say etibari ilə əvvəlki ümmətlərin çox olması bunu göstərir.

Ayədə "əvvəlkilər" və "axırıncılar" ifadəsi zikr olunub. "Əvvəlkilər" dedikdə sonuncu şəriət sahibi peyğəmbərə qədər olan insanlar nəzərdə tutulur. Hər bir peyğəmbərin zamanında ona iman gətirənlər və  öz dövrünün şəriətinə tabe olanlar olub. Bu səbəbdən əvvəliki ümmətlərin yaxşı əməl sahibləri cənnətə, şəriətə tabe olmayanlar isə cəhənnəmə daxil olacaqlar.