Prezident İlham Əliyev: "Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır" -


Siyasət 12 İyl 2018 22:08:55 58 0

Prezident İlham Əliyev: "Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır" -

Dövlət başçısı: "Azərbaycan Qətiyyətli Dəstək missiyasındakı hərbçilərinin sayını 30 faiz artırıb"

Bu xəbəri də oxu: Cəbhədən YENİ XƏBƏR

Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır. 2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət edirlər. 2018-ci ilin yanvar ayından Azərbaycan Qətiyyətli Dəstək missiyasındakı hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırıb.

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev

NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündəki çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan bir neçə dəfə Əfqanıstan Milli Ordusu üçün Etimad Fonduna maliyyə dəstəyi göstərib: "Biz Azərbaycanda Əfqanıstan Ordusunun şəxsi heyəti üçün təlimlər təşkil edirik. Özündə 200-dən çox ictimai xidməti birləşdirən “ASAN xidmət” Əfqanıstanda tətbiq olunur.

Azərbaycan Qətiyyətli Dəstək missiyasına nəqliyyat və logistik dəstək də göstərir. Ötən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bu missiyaya tranzit dəstəyi göstərilməsinə böyük dərəcədə kömək edib.

Ötən il Azərbaycan “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə həmsədrlik, keçən ay isə Beynəlxalq Təmas Qrupunun toplantısına ev sahibliyi edib.

Ermənistanın təcavüzündən əziyyət çəkən və bu təcavüz nəticəsində beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunmuş, bir milyon soydaşına qarşı məlum acınacaqlı etnik təmizləmə törədilmiş Azərbaycan işğalın və dağıntının iqtisadi və humanitar nəticələrini yaxşı anlayır.

Azərbaycan NATO və bu təşkilatın üzv dövlətləri tərəfindən ölkəmizin siyasi müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və Ermənistanla münaqişənin bu prinsiplərə əsaslanan həllinə verdiyi davamlı dəstəyi yüksək qiymətləndirir.

Azərbaycan Əfqanıstanın üzləşdiyi təhlükəsizlik təhdidlərinin aradan qaldırması, ölkədə sülh və inkişafın əldə edilməsi işinə köməyini bundan sonra da davam etdirəcək".

Qeyd edək ki, Prezident İlham Əliyevin Brüsselə səfəri bu gün başa çatıb.

Salyan sakinindən narkotik maddə tapılıb like
  • 12 İyl 22:05  
Digərləri Salyan sakinindən narkotik maddə tapılıb

Salyan sakinindən narkotik vasitə aşkar edilərək götürülüb.

arrow Ətraflı
FHN Ağsuda baş verən yanğınla bağlı məlumat yayıb like
  • 12 İyl 22:04  
Digərləri FHN Ağsuda baş verən yanğınla bağlı məlumat yayıb

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və ko

arrow Ətraflı
Ağsuda baş vermiş yanğın söndürülüb like
  • 12 İyl 22:03  
Digərləri Ağsuda baş vermiş yanğın söndürülüb

Ağsuda baş vermiş yanğın söndürülüb.

arrow Ətraflı
Rusiyada 15 vaqon relsdən çıxdı like
  • 12 İyl 22:02  
Dünya Rusiyada 15 vaqon relsdən çıxdı

Rusiyanın Kareliya respublikasında yük qatarı qəzaya uğrayıb.

arrow Ətraflı
İnstagram təqibçiləri üçün soyundu  FOTO like
  • 12 İyl 22:01  
Digərləri İnstagram təqibçiləri üçün soyundu FOTO

Britaniyanın populyar realiğti-şou ulduzlarından olan Loren Qucer İnstagram

arrow Ətraflı
Keşlə Malta səfərində böyük hesabla uduzdu like
  • 12 İyl 21:55  
İdman Keşlə Malta səfərində böyük hesabla uduzdu

Alfred Effionq, 12; Lekao, 21; Boyan Kalyeviç, 34; Kadu, 5

arrow Ətraflı
“Gecə gündüzü keçə bilməz” ayəsi nəyə işarə edir? like
  • 12 İyl 21:55  
Digərləri “Gecə gündüzü keçə bilməz” ayəsi nəyə işarə edir?

Qurani Kərim əsasən insanlara doğru yol göstərən, insanlara onların nə

arrow Ətraflı
Rusiyada 15 vaqon relsdən çıxdı like
  • 12 İyl 21:52  
Digərləri Rusiyada 15 vaqon relsdən çıxdı

Rusiyanın Kareliya respublikasında yük qatarı qəzaya uğrayıb

arrow Ətraflı
Bəqi qəbristanlığında İmam Sadiqin (ə) məzarı hansıdır? like
  • 12 İyl 21:50  
Digərləri Bəqi qəbristanlığında İmam Sadiqin (ə) məzarı hansıdır?

Bəqi qəbristanlığı Səudiyyədə Müqəddəs Mədinə şəhərində yerlə

arrow Ətraflı
Yeri cəhənnəm olan abid like
  • 12 İyl 21:45  
Digərləri Yeri cəhənnəm olan abid

Nəql edilir ki, Həzrət İsa (ə) bir gün bir səhradan keçirmiş və yolda

arrow Ətraflı
Səbr çox mühümdür, xüsusən bu yerlərdə like
  • 12 İyl 21:40  
Digərləri Səbr çox mühümdür, xüsusən bu yerlərdə

Səbr daima insana lazım o, onu biran belə terk etməməli olduğu xislətlər

arrow Ətraflı
“Gülənçi”lər Azərbaycandan və Ukraynadan Türkiyəyə aparıldılar like
  • 12 İyl 21:34  
Dünya “Gülənçi”lər Azərbaycandan və Ukraynadan Türkiyəyə aparıldılar

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) əməkdaşları Fətullah Gü

arrow Ətraflı