Ağsuda baş vermiş yanğın söndürülüb


Digərləri 12 İyl 2018 22:03:00 342 0

Ağsuda baş vermiş yanğın söndürülüb

Ağsuda baş vermiş yanğın söndürülüb.

Son.az "Report"a istinadən bildirir ki, rayonun Bico kəndinə yaxın ərazidə 100 hektardan çox biçilmiş taxıl sahələsindəki alovun qarşısı tamamilə alınıb.  

20:01

Ağsu rayonunda güclü yanğın baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Bico kəndinə yaxın ərazidə 100 hektardan çox biçilmiş taxıl sahələsində qeydə alınıb. Hazırda yanğın kəndin şimal dağlıq ərazilərinə tərəf irəliləyir.

Yanğının qarşısının alınması üçün Ağsu, habelə Şamaxı və Göyçay rayonlarının yanğından mühafizə xidmətlərinin qüvvələri, Fövqəladə Hallar Nazirliyinin iki helikopteri və bir təyyarəsi cəlb olunub.

Köməyə ətraf kəndlərin, o cümlədən Bico, Gəgəli və bir neçə yaxın yaşayış məntəqələrinin sakinləri gəlib. Onlar texnikanın girə bilmədiyi ərazilərdə yanğını söndürməyə çalışırlar. 10-dək şum traktorunun qüvvəsi ilə alovun kənd ərazisinə daxil olmasının qarşısını almaq üçün şumlama işi aparılır.


Xəbərə aid video