FHN Ağsuda baş verən yanğınla bağlı məlumat yayıb


Digərləri 12 İyl 2018 22:04:00 57 0

FHN Ağsuda baş verən yanğınla bağlı məlumat yayıb

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülüb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə FHN məlumat yayıb.

Əlavə məlumat veriləcək.

20:59

Fövqəladə Hallar Nazirliyi (FHN) iyulun 12-də Yevlax və Ağsu rayonlarında baş verən yanğınlarla bağlı məlumat yayıb.

Son.az "Report"a istinadən bildirir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonunun Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğının baş verməsi barədə məlumat daxil olub. Əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) yanğınsöndürmə qüvvələri və texnikası cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində yanğının yaxınlıqdakı yüksəkgərginlikli elektrik hava xətlərinə yaxınlaşmasının qarşısı alınıb (150-200 metr məsafədə). Alov 18:18-də yanğısöndürənlər tərəfindən söndürülüb.

Yanğın nəticəsində 79 hektar biçilmiş taxıl sahəsi və 1 hektar kol-kos yanıb. Yaxınlıqdan keçən yüksəkgərginlikli elektrik hava xətləri, meşə zolağı, ferma və ətraf ərazilər yanğından mühafizə olunub.

Saat 14:30 radələrində Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olan kimi FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası dərhal yanğının söndürülməsi işlərinə cəlb edilib.

Yanğının yüksəkgərginlikli elektrik hava xətlərinin yaxınlığında baş verməsi yanğının söndürülməsində çətinliklər yaradıb. Yanğın sürətlə geniş ərazilərə yayıldığından qonşu rayonlardan da FHN DYMX-nin canlı qüvvə və texnikası, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Be-200 ÇS" amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri, Mülki Müdafiə Qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin canlı qüvvəsi və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub.

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində bu istiqamətdə yanğının yüksəkgərginlikli elektrik hava xətlərinə yaxınlaşmasının qarşısı alınıb. Hazırda yüksəkgərginlikli elektrik hava xətlərinə təhlükə yoxdur. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğının söndürülməsi işlərinə Ağsu Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri və yerli əhali də cəlb edilib.

Ağsuda baş vermiş yanğın söndürülüb like
  • 12 İyl 22:03  
Digərləri Ağsuda baş vermiş yanğın söndürülüb

Ağsuda baş vermiş yanğın söndürülüb.

arrow Ətraflı
Rusiyada 15 vaqon relsdən çıxdı like
  • 12 İyl 22:02  
Dünya Rusiyada 15 vaqon relsdən çıxdı

Rusiyanın Kareliya respublikasında yük qatarı qəzaya uğrayıb.

arrow Ətraflı
İnstagram təqibçiləri üçün soyundu  FOTO like
  • 12 İyl 22:01  
Digərləri İnstagram təqibçiləri üçün soyundu FOTO

Britaniyanın populyar realiğti-şou ulduzlarından olan Loren Qucer İnstagram

arrow Ətraflı
Keşlə Malta səfərində böyük hesabla uduzdu like
  • 12 İyl 21:55  
İdman Keşlə Malta səfərində böyük hesabla uduzdu

Alfred Effionq, 12; Lekao, 21; Boyan Kalyeviç, 34; Kadu, 5

arrow Ətraflı
“Gecə gündüzü keçə bilməz” ayəsi nəyə işarə edir? like
  • 12 İyl 21:55  
Digərləri “Gecə gündüzü keçə bilməz” ayəsi nəyə işarə edir?

Qurani Kərim əsasən insanlara doğru yol göstərən, insanlara onların nə

arrow Ətraflı
Rusiyada 15 vaqon relsdən çıxdı like
  • 12 İyl 21:52  
Digərləri Rusiyada 15 vaqon relsdən çıxdı

Rusiyanın Kareliya respublikasında yük qatarı qəzaya uğrayıb

arrow Ətraflı
Bəqi qəbristanlığında İmam Sadiqin (ə) məzarı hansıdır? like
  • 12 İyl 21:50  
Digərləri Bəqi qəbristanlığında İmam Sadiqin (ə) məzarı hansıdır?

Bəqi qəbristanlığı Səudiyyədə Müqəddəs Mədinə şəhərində yerlə

arrow Ətraflı
Yeri cəhənnəm olan abid like
  • 12 İyl 21:45  
Digərləri Yeri cəhənnəm olan abid

Nəql edilir ki, Həzrət İsa (ə) bir gün bir səhradan keçirmiş və yolda

arrow Ətraflı
Səbr çox mühümdür, xüsusən bu yerlərdə like
  • 12 İyl 21:40  
Digərləri Səbr çox mühümdür, xüsusən bu yerlərdə

Səbr daima insana lazım o, onu biran belə terk etməməli olduğu xislətlər

arrow Ətraflı
“Gülənçi”lər Azərbaycandan və Ukraynadan Türkiyəyə aparıldılar like
  • 12 İyl 21:34  
Dünya “Gülənçi”lər Azərbaycandan və Ukraynadan Türkiyəyə aparıldılar

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) əməkdaşları Fətullah Gü

arrow Ətraflı
İrandan neft alan ölkələr ABŞın qəzəbinə gələcəklər like
  • 12 İyl 21:33  
Digərləri İrandan neft alan ölkələr ABŞın qəzəbinə gələcəklər

ABŞ bu ölkənin mövqeyinə zidd olaraq, İran neftini almaqda davam edən ist

arrow Ətraflı
“Duzlu göl”ə giriş üçün sürücülərdən qanunsuz pul tələb edilir  VİDEO like
  • 12 İyl 21:31  
Digərləri “Duzlu göl”ə giriş üçün sürücülərdən qanunsuz pul tələb edilir VİDEO

Surxanı rayonu ərazisində yerləşən duzlu gölə avtomobillə daxil olmaq

arrow Ətraflı