Salyan sakinindən narkotik maddə tapılıb
Digərləri 12 İyl 2018 22:05:00 265 0
Salyan sakinindən narkotik vasitə aşkar edilərək götürülüb.
Son.az "Report"a istinadən bildirir ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində şəhər sakini, 1988-ci il təvəllüdlü Əsgərov Natiq Namiq oğlu şübhəli şəxs qismində saxlanılıb.
Onun üzərinə baxış zamanı 1 ədəd polietilen torbada ümumi çəkisi 345 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Mənbə: milli.az