Bakıda mənzildən 70 yaşlı kişinin cəsədi aşkarlanıb


Digərləri 12 İyl 2018 22:07:00 300 0

Bakıda mənzildən 70 yaşlı kişinin cəsədi aşkarlanıb

Bakıda mənzildən kişi cəsədi aşkarlanıb.

Son.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Novruzov Dilənçi Qədim oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.