Yeri cəhənnəm olan abid


Digərləri 12 İyl 2018 21:45:00 358 0

Yeri cəhənnəm olan abid

Nəql edilir ki, Həzrət İsa (ə) bir gün bir səhradan keçirmiş və yolda o bir ibadət yerinə çatır ki, orada bir abid yaşayırdı. Həzrət İsa (ə) onunla söhbət etməyə başladı. Bu zaman oradan çirkin və pis işlərlə məşğul olan bir cavan keçirdi.

Son.az deyerler.org-a istinadən bildirir ki, həmin cavan, bu abidi və Həzrət İsanı (ə) görən kimi ayaqları süstləşdi. Yol gedə bilmədi və dayandı. O, dedi: "Allahım, mən öz çirkin işlərimdən xəcalətliyəm. İndi peyğəmbərin (ə) məni görsə və danlasa, nə edəcəyəm?

Allahım, üzrümü qəbul et və abırımı aparma".

Abid həmin cavanı görən kimi üzünü göyə qaldırdı və dedi: "Allahım! Qiyamət günü məni bu günahkar cavanla birlikdə məhşur etmə!".