Bakıda DƏHŞƏTLİ ANLAR: “Kamaz” avtobusa çırpıldı


Digərləri 12 İyl 2018 21:23:00 355 0

Bakıda DƏHŞƏTLİ ANLAR: “Kamaz” avtobusa çırpıldı

Səhər saatlarında Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sürətlə hərəkətdə olan yük avtomobilinin sürücüsü maşını yolda dayanan marşrut avtobusuna çırpıb. Nəticədə avtobusda olan sərnişinlərdən biri ölüb, 21 nəfər isə xəsarət alıb.

Sükan arxasında yuxulayan sürücü ağır qəza törətdi, bir nəfər hadisə yerində öldü.. Hadisə Paytaxtın qaradağ rayonunda Bakı-Qazax yolunda qeydə alınıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, yük maşını avtobusa çırpıldığından avtobus bir neçə dəfə aşıb. Qaradağ rayonu Sahil-Lökbatan qəsəbəsi istiqamətində hərəkət edən 149 saylı marşrut avtobusunda çoxlu sayda sərnişin olub. Hadisə baş verən zaman da avtobusda olan sərnişinlərdən bir nəfər qadın ölüb, 21 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq, Təcili tibbi yardım maşınları ilə Klinki tibbi mərəkəzə çatdırılıblar.

Kliniki tibbi mərkəzin şöbə müdiri Aydın Əlizadənin sözlərinə görə, müraciət edən 10 kişi, 11 qadın sərnişinə ilkin tibbi yardım göstərilib.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev bildirib ki, baş vermiş hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq tədbirləri davam etdirilir.

Ağstafada isə xəstə aparan Qazax rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus təcili tibbi yardım avtomobili qəzaya düşüb. Təcili yardım maşını önünə çıxan avtomobillə toqquşaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar Ağstafa mərkəzi rayon xəstəxanasına aparılıb, onlara ilkin tibbi yardım göstərilib. Təcili yardım avtomobilində olan hamilə qadın isə doğuş ücün Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıb.


Xəbərə aid video