Gəncədəki hadislərin məqsədi ölkədə xaos yaratmaqdır VİDEO


Siyasət 12 İyl 2018 21:24:00 361 0

Gəncədəki hadislərin məqsədi ölkədə xaos yaratmaqdır  VİDEO

''Gəncədə baş verən hadislər Azərbaycanın inkişafını istəməyən siyasi qüvvələr tərəfindən törədilib və həmin qüvvələr din pərdəsi altında gizlənməyə çalışırlar'. Bunu "XəzərXəbər"ə müsahibəsində millət vəkili Elman Nəsirov deyib. O, bu qüvvələrin Azərbaycanda yaxın şərqdəkinə bənzər oyunlar oynamaq istədiyini amma buna nail ola bilməyəcəklərini bildirib.

''Gəncədə ard-arda baş verən terror və təxribat əmmələri eyni mərkəzdən idarə edilir. Çünki hər iki hadisədə məqsəd ölkədə xaos yaratmaqdır''.Millət vəkili Elman Nəsirovun sözlərinə görə hadislərin gedişatı onu göstərir ki, Azərbaycana qarşı olan siyasi qüvvələr ölkədəki sabitliyi pozmağ istəyir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Elman Nəsirov bildirib ki, ölkəmizdə gərginlik yaratmaq istəyən qüvvələr bu yolla hakimiyyəti ələ keçirib , Azərbaycanı xurafat dövlətinə çevirmək istəyir. Çünki ölkəmizin qazandığı uğurlar bir çox siyasi dairlərin maraqlarına ziddir.

Əslində dünyadakı siyasi proseslərə baxdıqda xüsusən yaxın şərqdə Azərbaycanda törədilən hadislərin oxşarlarını görmək olur. Həmin hadislərin törədildiyi dövlətlərdə isə indi insanlar səfalət içində yaşayır. Amma bu qüvvələr Azərbaycanda istəklərinə nail ola bilməyəcək,çünki Azərbaycanda hakimiyyət xalqnan vəhdət şəkildə hərəkət edir.

Politoloq təssüflə qeyd edib ki, beynəlxalq terroizmə qarşı koalisiyalar yaradan, dini radikal qüvvələrə qarşı mübarizə aparan dünyanın böyük gücləri və beynəlxalq təşkilatları indi müəmmalı bir susqunluq nümayiş etdirirlər.


Xəbərə aid video