İslam terrora qarşı Birbirinə zidd olduğu halda onları necə eyniləşdirmək olar?! MÜSAHİBƏ


Digərləri 12 İyl 2018 21:25:00 77 0

İslam terrora qarşı  Birbirinə zidd olduğu halda onları necə eyniləşdirmək olar?!  MÜSAHİBƏ

"Azərbaycanda qarşıdurmalara təşviq yalnız xarici qüvvələrin əlilə ola bilər"

"Azərbaycanda qarşıdurmalara təşviq yalnız xarici qüvvələrin əlilə ola bilər".

Tanınmış yazıçı, psixoloq-teoloq Rövşən Abdullaoğlunun Son.az-a müsahibəsi:

"Terrorun kökünü tamamilə qazımaq mümkün deyil"

- Görürük ki, bəziləri islam dinini terrorla çox əlaqələndirirlər. Hətta "islam terroru" deyə bir ifadə də formalaşıb. Əvvəlcə gəlin aydınlaşdıraq - terror nə deməkdir?

- Terror kəlməsi latın mənşəlidir, qorxu, dəhşət anlamını verir. Hüquq sistemi çərçivəsində izah etmək istəsək, insanları qorxutmaq üçün siyasi məqsədlərlə törədilən zorakılıqdır. Bu zorakılıq bəzən partlayış, suyu zəhərləmək, hansısa fərdi aradan götürmək və s. əməli formalarda təzahür edir. Terrror o qədər qarışıq bir haldır ki, onun günümüzdə standart, konkret izahı yoxdur və özündə 100-ə yaxın cinayət tərkibli əməli ehtiva edir. Bu da bu fenomenin qəlizliyi və işlənmə mexanizminin mürəkkəbliyindən xəbər verir.

Mövzu müasir dövrümüz üçün çox aktualdır. Elə bir cəmiyyət yoxdur ki, terror mövzusu onu narahat etməsin. Terror cəmiyyətin bütün təbəqələrini narahat edir. O, hansı cəmiyyətdə baş qaldırırsa, böyük fitnə-fəsada səbəb olur. Terrorun mahiyyətinə varmaq üçün onun psixoloji, sosioloji, iqtisadi, ideoloji kökləri araşdırılmalıdır. Yalnız sərhədləri, polis təşkilatını gücləndirməklə terrorun kökünü tamamilə qazımaq real görünmür, bununla problemin həllinə nail olmaq mümkün deyil.

"İslam hüququnda terroru ifadə edən müxtəlif kəlmələr və ifadələr vardır"

- Ümumiyətlə, islam hüququnda terror anlayışı varmı?

Elm və din güzgüsündə TƏKAMÜL - İslam hüquq sistemində, aydındır ki, terror kəlməsi eynilə işlədilməyib, çünki bu, müasir dövrümüzdə qabardılmış bir kəlmədir. Ancaq islam hüququnda terror halını ifadə edən müxtəlif kəlmələr və ifadələr vardır. Onlardan biri müharib kəlməsidir. Bu kəlmə islam hüquq sistemində insanları qorxutmaq məqsədilə silah çəkmiş adamı nəzərdə tutur. Silahın odlu, yaxud soyuq silah olması önəm daşımır. Sadəcə bu halda cinayət tərkibinin olması üçün bir neçə element mütləq olmalıdır. Birinci, silahın çıxarılması, ikinci, insanları qorxutmaq məqsədinin sübuta yetməsi. Bu iki faktor varsa, həmin insan artıq müharib hesab edilir və islam hüquq sistemində ağır cəzalandırılır. Bununla bağlı bir neçə məqamı diqqətinizə çatdırmaq istəyirəm. Qurani-Kərimdə bir neçə yerdə və hədislərdə müharibin kim olduğuna toxunulur və müharib şəxs hər yerdə Allahın, peyğəmbərin və cəmiyyətin düşməni olaraq təqdim edilir. Yəni bu işi icra edən şəxs - terrorist, Quran ayələrinin təbiri ilə desək, Allaha və peyğəmbərinə qarşı çıxmış şəxs hesab edilir. Dinimiz ictimai asayişi o qədər önəmli bilir ki, müharibin kimisə qətlə yetirməsi şərt deyil, bu insan sadəcə olaraq kütləni qorxuya salırsa, təkcə bu əməl islama görə, ən böyük cinayət hesab edilərək  sürgün edilmədən tutmuş edama qədər ağır şəkildə cəzalandırılır.

İslam hüquq sistemində terrorist kəlməsinin analoqu olan ibarələrdən biri də mufsid fil-ərz - "yer üzərində fitnə-fəsad yayan" kəlməsidir. Bu kəlmə özündə cinayət tərkibli bir çox əməlləri ehtiva edir. Bunlardan ən önəmlisi insanların asayişini pozan kütləvi xarakterli təxribatlardır. Maraqlıdır ki, müvafiq Quran ayəsində "bu işə səy edən" - yəni terrorçu islami nöqteyi-nəzərdən sadəcə yaşadığı, yaxud fitnə törətdiyi kiçik bir şəhərdə, yaşıyış məntəqəsində deyil, ümumiyyətlə, bütün yer üzərində fitnə-fəsad yayan insan kimi qiymətləndirilir və yenə də islam hüquq sistemində bu şəxsi ən ağır cəza gözləyir.

Terrora uyğun gələn daha bir kəlmə isə fətk kəlməsidir. Fətk dedikdə qəflətən pusqu quraraq bir şəxsə xəsarət yetirmək nəzərdə tutulur. Hədislərə görə, iman gətirmiş şəxs fətk etməz. Fətk terrorizmin bariz nümunəsidir. Terrorizmə xas olan ictimaiyyəti qorxuda saxlamaq xüsusiyyəti - müharib şəxsə, yer üzərində cinayətin qloballaşması - mufsid fil-ərzə, qəflətən pusqu quraraq, hiylə ilə insanları aradan götürmək isə fətk icra edən şəxsə xasdır. İslam bunu birmənalı şəkildə pisləyir və qadağan edir. Bir nəfər imam Sadiqə (ə.s.) yaxınlaşıb deyir: "İnancımızı qəbul etməyən və bizə müxalif davranan bir şəxs var. Pusqu quraraq heç kəsin görmədiyi bir yerdə qılıncımla onu qətlə yetirə bilərəmmi?" Sanki həmin adam müasir dövrün terror aktını icra etmək istəyir - pusqu qurub cinayət törətməklə insanları, yaxud həmin şəxsin mənsub olduğu qrupu qorxudub susdurmaq. Bu əməlin kökündə fikir ayrılıqları, maddi, ideoloji və s. motivlər dayanır. Hədisdə bəhs edilən şəxs də inanc fərqliliyini bəhanə edərək fətk icra etmək istəyirdi. İmam cavabında islam peyğəmbərindən hədis gətirərək bu işin dinə zidd olduğunu söyləyərək bildirir ki, bir şəxs fərqli bir inancda olub hətta sizə qarşı düşmənçilik mövqeyi nümayiş etdirsə belə, onu pusqu quraraq qətlə yetirmək cinayətdir. Burada mühariblə fətk törədən arasındakı fərq də ortaya çıxır: müharibin kimisə qətlə yetirməsi şərt deyil, silah çəkərək insanları qorxutmuş olması cinayət məsuliyyəti daşıması üçün kifayətdir. Fətk zamanı isə qorxu yaratmaq niyyəti yoxdur, hədəf birbaşa düşmənə xəsarət yetirilməsidir.

Bəğy anlayışını da terrorla əlaqələndirmək olar. Burada artıq daha öncə qeyd etdiklərimizdən fərqli olaraq, təşkilatlanma faktoru var: qrup yaradaraq ədalətli hakimə və ya sistemə qarşı təxribat törətmək, ölkədə xaos yaratmaq üçün müəyyən addımlar atmaq. Yenə də islam hüquq sistemində ağır şəkildə cəzalandırılır.

Ğədr deyilən bir anlayış da var ki, mahiyyətində hiylə və məkrlə müəyyən insanlara və ya cəmiyyətə zərər vermək dayanır. İslam hüquq sistemində ğədr deyəndə bir insana aman verdikdən sonra gözlənilmədən qətlə yetirmək, özünü dost kimi təqdim edib etibar qazandıqdan sonra ziyan vurmaq, qidanı, suyu zəhərləməklə öldürməyə cəhd etmək və bu kimi hallar nəzərdə tutulur və yenə də bu əməllərin müqabilində ağır cəza tədbirləri nəzərdə tutulur. Ümumiyyətlə, islam dininin prinsiplərə görə, düşmənçilik edərkən də mərdanə və cəsur olmaq təşviq edilir. Hüquq sistemindəki maddələrin izahı da bu prinsipi təsdiqləyir. Bir nəfər İmam Sadiqə (ə.s) yaxınlaşıb deyir ki, bir-biri ilə düşmənçilik edən iki qeyri-müsəlman qrup bir müddət sonra öz aralarında sülh bağlayıblar. İndi onlardan biri müsəlmanlara yaxınlaşaraq sülh bağlamış olduğu köhnə düşməninə qarşı gizli saziş bağlamağı təklif edir. Həmin müsəlman da kafir qrupa qarşı digər kafirlərlə anlaşmaya girmək üçün imamın icazəsini istəyir. İmam bunun açıq-aşkar ğədr olduğunu, bir müsəlman üçün özünün bu yolla kimisə qətlə yetirməsinin, yaxud da bu işdə başqası ilə əməkdaşlıq etməsinin qadağan və haram bir iş olduğunu deyir. Kiminləsə düşmən mövqedəsənsə, fikir ixtilafın varsa, bunu mərd-mərdanə bildirməlisən. Dinimizə görə, ən böyük əxlaqi rəzalətlərdən biri də münafiqlik, yəni ikiüzlülükdür, bu da ğədr əməlinə çox yaxın olan bir anlayışdır. İmam bunun həm müsəlman, həm də qeyri-müsəlmana qarşı törədilməsini qəti qadağan edir. Ümumiyyətlə, sadaladığımız bu terror mahiyyətli cinayətlərin yalnız müsəlmanlara qarşı deyil, inancından asılı olmayaraq, bütün insanlara qarşı törədilməsi qadağandır. İnsan hüquq sisteminə görə, bütün insanlar qanun qarşısında bərabərdir.

"İnamını və vicdanını itirmiş insan cəmiyyət üçün ən təhlükəli canlıdır" Terrora işarə edən digər hökm qətldir. Heç bir səbəb olmadan günahsız bir insanın qanını tökmək İslam şəriətinə görə ən böyük cinayətdir. Qurani-Kərim bu barədə buyurur: "Hər kəs bir insanı qətlə yetirərsə, bütün bəşəriyyəti qətlə yetirmiş kimidir". Yəni islami yanaşmada mövzu insan həyatıdırsa, burada az, yaxud çox anlayışı yoxdur, bir insanın canı bütün bəşəriyyət qədər dəyərlidir. Bir insanın qətlə yetirildiyi terror digərlərinin də həyatını təhlükəyə atır. Əgər bir ölkədə kimsə siyasi məqsədlərlə terror aktı törədirsə, bu, bütün cəmiyyətin həyatında mənfi təsirsiz ötüşə bilməz. Çünki terror getdikcə adət halını ala bilər, insanlar düşünə bilərlər ki, sabah hansısa siyasi, yaxud iqtisadi maraqlarımı reallaşdıra bilmirəmsə, terror bir alternativ kimi çarə ola bilər. Əslində, terror günümüzdə müharibələrin alternativi kimi vüsət alıb. Qabaqlar mənafeləri toqquşan iki ölkə silah gücünə münaqişəni həll etməyə çalışırdılarsa, günümüzdə müəyyən səbəblərə görə müharibə etməkdən çəkinir, əvəzində isə daha effektiv yol olan terrora baş vururlar. Terroristlər öz əməllərinə bəraət qazandıraraq iddia edirlər ki, bir insanın öldürülməsi bütöv bir cəmiyyətin rifahına xidmət edəcəksə, bu cinayətə haqq qazandırmaq olar. İslami düşüncəyə görə, bir günahsız insanı minlərlə insanın rifahı qarşılığında belə qurban vermək olmaz. Ümumiyyətlə, terrorda hansısa rifahdan danışmaq gülüncdür. Başqa ölkələrdə terror aktlarını təşkil edən qüvvələr yaxın zamanda bunun bir tendensiya halını alaraq öz ölkələrinə də ayaq açacağını, terrorun əks təsir dalğası ilə üzləşəcəklərini düşünmürlər. Artıq bunu müşahidə etməkdəyik. Terroru yaradan və yayan ölkələr artıq özləri də terror aktları ilə qarşılaşır və özlərini heç bir şəkildə sığortalaya bilmirlər. Öz əkdikləri toxum rişələnərək bir sarmaşıq kimi öz ölkələrini də bürüyür. Məhz buna görə də islam iddia edir ki, bir insanı qətlə yetirmək bütün insanlığı öldürmək kimidir. Ayənin davamında qeyd edilir ki, bir insana nicat vermək isə bütün bəşəriyyəti xilas etmək kimidir.

"İslam ali bir hədəfə çatmaq üçün çirkin yollara üz tutmağı icazəli bilsəydi..."

- Qeyd edək ki, peyğəmbər və imamlar özləri də davamlı olaraq terrora məruz qalıblar. Həzrət Əli (ə.s.) namaz qılarkən, yəni müdafiəsiz olduğu zaman qılınc zərbəsi alaraq, imam Həsən (ə.s.) zəhərlənərək öldürülür, Kərbəla faciəsi isə kütləvi terror aktına acı nümunədir. Doğrudan da, diqqət yetiriləsi məqamdır ki, onlar özləri terrora məruz qalsalar da, müdafiə üçün belə terrora heç bir şəkildə razılıq verməyiblər. Məncə Müslim ibn Əqilin əhvalatı da buna yüzlərlə gözəl nümunələrdən sadəcə biri idi.

İnsanı vətənindən qovmaq onu öldürmək qədər günahdır - Rövşən Abdullaoğlu - Düz, qeyd etdiniz. Bəzən terroristlər ali hədəflərin reallaşması, bütün insanların nicat tapması uğrunda bu vasitəyə əl atdıqlarını deyirlər. İmam Hüseyn (ə.s.) qiyamında çox mühüm bir məqam var: İmam Kufədəki siyasi durumu öyrənmək üçün Müslim ibn Əqili oraya göndərir. Müslim artıq Kufədə olduğu zaman Yezid Übeydullah ibn Ziyadı Kufə valisi təyin edir və onun gəlişi ilə Kufənin bütün siyasi mənzərəsi dəyişir. Übeydullah məkrli siyasəti və yalan vədləri nəticəsində öncədən İmam Hüseyn tərəfdarları olan Kufə əhalisinin mövqeyini dəyişərək onu dəstəkləməsinə nail olur. Übeydullahın yanında hörmət və mövqe sahibi olan Şərik ibn Abdullah həmin ərəfədə Haninin evində xəstə halda yatır. İbn Ziyad Şəriki xəstə yatağında ziyarət etmək üçün Haninin evinə gəlməli olur. Müslim ibn Əqilə təklif edirlər ki, bu ziyarət zamanı qəfil hücum edib Übeydullahı qətlə yetirsin. Şərik ibn Abdullah da bu qətlin icrasına təkid edir və Müslimə gizlənib onun işarəsini gözləməyi, işarə verdiyi zaman qəfil hücum edib İbn Ziyadı öldürməsini söyləyir. Onu aradan götürməklə qorxu və məkrli siyasət faktorunu aradan qaldıracağını və Kufədəki vəziyyəti tamamilə əvvəlki  durumuna qaytaracağını bilsə də, həlledici məqam çatanda və işarə veriləndə Müslim hücum etməkdən vaz keçir. Daha sonra bunun səbəbini soruşlara bir neçə səbəb göstərir, bunlardan biri də peyğəmbərdən eşitdiyi "müsəlman fətk etməz" hədisi idi. Onların qurğusunda həm fətk, həm də ğədr əməlinin əlamətləri var idi, belə ki, həm pusqu quraraq qəfil zərbə endirilməli, həm də bir qonaq qismində, xəstə ziyarətinə gəlmiş düşmənin ən az gözlədiyi zaman və məkanda ona hücum olunmalı idi. İslam bu əməllərə qarşı olduğu üçün Müslim də düşməni bu şəkildə öldürməkdən boyun qaçırır. Bildiyimiz kimi, nəticədə Müslim özü Übeydullah ibn Ziyad tərəfindən amansızlıqla edam edilir, Kufə tamamilə İmamın siyasi nüfuzundan çıxır və hətta İmamın tərəfdarı olduqlarını iddia edən adamlar qısa zaman sonra Kərbəla hadisəsində onun qətlində iştirak edirlər. Bu, çox dəyərli və düşündürücü bir örnəkdir. Əgər islam ali bir hədəfə çatmaq üçün çirkin yollara üz tutmağı icazəli bilsəydi, biz peyğəmbərimizin, onun canişinlərinin həyat tərzində bu faktla qarşılaşmış olardıq. Çünki dinin ölçüsü sadəcə ayələr və din təmsilçilərinin sözləri deyil, həm də onların həyat tərzləridir. Əks halda, Quranın örnək göstərdiyi və sizin də nümunə bildiyiniz şəxslərin həqiqətdə başqa cür davrandıqlarını bizə irad tutardılar. Məsələnin praktik tərəfini də araşdırmaq istəsək, həqiqətən də nə peyğəmbərimiz, nə də onun həqiqi səhabələri və canişinləri tərəfindən Quranın göstərişləri və öz buyurduqları ilə müxalif olan davranış faktı ilə qarşılaşmırıq.

İslamın terrorla əlaqələndirilməsinin gizlinləri

- Rövşən müəllim, çox maraqlıdır ki, islamın terroru lənətlədiyinə dair çoxlu Quran ayələri, hədislər nümunə gətirilir. Bəs niyə dinlərin arasında yenə də məhz islamı terrorla əlaqələndirirlər?

- Bunun əsasən siyasi kökləri var. Qeyd etdiyimiz kimi, terror siyasi hədəflərə nail olmaq üçün müharibənin bir alternatividir. Terrorun həyata keçirildiyi ölkələrin də əsasən islam ölkələri olduğunu görürük: istər Əfqanıstan olsun, istər İraq, Suriya, yaxud Livan. İslam ölkələri, təəssüf ki, böyük və çirkin siyasətin hədəfinə tuş gəlib. Bu hədəfə nail ola bilmək və terrora zəmin yaratmaq üçün, məlumdur ki, hansısa ideoloji faktor önə çəkilməlidir. İslam ölkələrində də sui-istifadə edilə biləcək ən münasib ideoloji faktor dindir. Müsəlman ölkəsində xristian, yaxud dünyəvi terror təşkilatını yaratmaqla istənilən effektə nail olmaq mümkün deyil. Ona görə də ən uğurlu yol adında islam olan bir təşkilat yaratmaqdır. Məlumdur ki, ən güclü, davamlı terrorizm dalğası ideoloji baza əsasında qurulur və bu baza milli, irqi, şovinist ideologiyalara əsaslana bilər. İslami ideologiya bu baxımdan çox işə yarayır: tədricən həmin terror təşkilatının adı ilə bağlı cinayətlər KİV-lər vasitəsilə yayılır, islam və terror kəlmələri davamlı və qəsdli şəkildə bir mürəkkəb birləşmə daxilində təkrarlanaraq eyniləşdirilir. Bunun kökündə islam düşmənçiliyi, yaxud da siyasi və iqtisadi hədəflər dayana bilər. Hazırda sırf islamın deyil, digər dinlərin də əsas götürülərək terror təşkilatlarının yaradılması faktları mövcuddur.

"Terroru dindən, milli mənsubiyyətdən tamamilə ayırmaq lazımdır"

- Maraqlıdır, tez-tez belə qəribə ifadələr də eşidirik ki, xristianlıq, buddizm dinləri daha humanistdir, terrora tamamilə ziddir və islamın davamçıları terrora daha meyillidirlər...

Gəncədəki hadislərin məqsədi ölkədə xaos yaratmaqdır  VİDEO like
  • 12 İyl 21:24  
Siyasət Gəncədəki hadislərin məqsədi ölkədə xaos yaratmaqdır VİDEO

''Gəncədə baş verən hadislər Azərbaycanın inkişafını istəmə

arrow Ətraflı
Bakıda DƏHŞƏTLİ ANLAR: “Kamaz” avtobusa çırpıldı like
  • 12 İyl 21:23  
Digərləri Bakıda DƏHŞƏTLİ ANLAR: “Kamaz” avtobusa çırpıldı

Səhər saatlarında Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş ve

arrow Ətraflı
Qarpızın qiyməti niyə bahadır?  VİDEO like
  • 12 İyl 21:22  
Digərləri Qarpızın qiyməti niyə bahadır? VİDEO

Havaların isti keçməsi bazarlarda satılan məhsullara da təsir edib. Hazır

arrow Ətraflı
Xəzər dənizini çirkləndirənlər sərt şəkildə cəzalandırılacaq  VİDEO like
  • 12 İyl 21:21  
Digərləri Xəzər dənizini çirkləndirənlər sərt şəkildə cəzalandırılacaq VİDEO

Ekologiya və Təbii Sərtvətlər Nazirliyi xəzərin sahil zolağında reydlə

arrow Ətraflı
Günahdan qorunmayan insan 12 yerdən zərbə alacaq like
  • 12 İyl 21:20  
Digərləri Günahdan qorunmayan insan 12 yerdən zərbə alacaq

Günahın insana vurduğu ziyanlar haqqında çox söz demiş və çox eşitmiş

arrow Ətraflı
Qazax sakini süni göldə batdı  VİDEO like
  • 12 İyl 21:16  
Digərləri Qazax sakini süni göldə batdı VİDEO

Qazaxda süni göldə dostları ilə çimən gənc oğlan suda boğulub.onunun m

arrow Ətraflı
Kiminsə canına and içmək olarmı? like
  • 12 İyl 21:15  
Digərləri Kiminsə canına and içmək olarmı?

Kiminsə canına and içmək olarmı? Başqası adamı əzizlərinin canına and

arrow Ətraflı
İmam Sadiq ateistə Allahın varlığını necə sübut etdi? like
  • 12 İyl 21:10  
Digərləri İmam Sadiq ateistə Allahın varlığını necə sübut etdi?

Misir ölkəsində Əbdülməlik adlı bir kişi yaşayırdı və Abdullah adlı

arrow Ətraflı
Bu media qurumlarının və Facebook səhifələrinin əsl məqsədi nədir?  VİDEO like
  • 12 İyl 21:06  
Digərləri Bu media qurumlarının və Facebook səhifələrinin əsl məqsədi nədir? VİDEO

Azərbaycanda baş verən son hadisələr bəzi media qurumlarının və sosial

arrow Ətraflı
"Kediciklər" hərəminin sahibi Adnan Oktar kimdir? like
  • 12 İyl 21:04  
Digərləri "Kediciklər" hərəminin sahibi Adnan Oktar kimdir?

Maliyyə cinayətləri şöbəsinə aid olan polislər tərəfindən İstanbulun

arrow Ətraflı
Bərdədə metal oğrusu tutulub like
  • 12 İyl 21:01  
Digərləri Bərdədə metal oğrusu tutulub

800 manat dəyərində əlvan metal oğurlamaqda şübhəli bilinən Bərdə ray

arrow Ətraflı
Aktyorun xanımı yarıçılpaq fotolarını yaydı  FOTO like
  • 12 İyl 21:01  
Digərləri Aktyorun xanımı yarıçılpaq fotolarını yaydı FOTO

Məşhur ingilis aktyor Paddi MakGinnesin xanımı Kristin MakGinnes istirahətd

arrow Ətraflı
Aparıcı xəbər otağında cinsi əlaqəyə girdi: like
  • 12 İyl 20:55  
Dünya Aparıcı xəbər otağında cinsi əlaqəyə girdi:

Ukraynada radio aparıcısı iş yerində cinsi əlaqədə olub.

arrow Ətraflı