Qonşu üçün kredit götürən şəxs indi borc içindədir VİDEO


Digərləri 12 İyl 2018 21:29:00 325 0

Qonşu üçün kredit götürən şəxs indi borc içindədir  VİDEO

Qonşusunun aldığı maşına görə öz adına kredit götürən şəxs indi borc içində qalıb. Buna səbəb avtomobilin real sahibinin krediti ödəməməsi və qəzaya uğrayan həmin avtomobilin bank tərəfindən satılmasıdır. İndi yaxşılıq etmək istəyən şəxsin həm ölkədən çıxışına qadağa qoyulub , həm də o sənədlərini yeniləyə bilmir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, qonşusuna yaxşılıq etmək istədi, özü pis vəziyyətdə qaldı. Kredit qurbanlarından biridə Paytaxtın Binəqədi rayonu Biləcəri qəsbəsi sakini Vüsal Hüseynovdur. O,bir neçə il əvvəl qonşunun almaq istədiyi avtomobilə görə az adına kredit götürüb.

Maşın qəzaya düşdükdən sonra kreditin götürüldüyü bankın əməkdaşları həmin avtomobili götürərək satıblar. Bununla borcun bir hissəsi bağlansada, banka yenə borc qalıb və üstünə faiz gəlib.

Elə bizdə avtomobilin real sahibi, hazırda Sabirabad rayonunda yaşadığı bildirilən Fazil Məmmədovla əlaqə saxlamaqa çalışsaqda o zənglərə cavab vermədi.


Xəbərə aid video