İmam Sadiq ateistə Allahın varlığını necə sübut etdi?


Digərləri 12 İyl 2018 21:10:00 435 0

İmam Sadiq ateistə Allahın varlığını necə sübut etdi?

Misir ölkəsində Əbdülməlik adlı bir kişi yaşayırdı və Abdullah adlı bir oğlu var idi. Əbdülməlik Allahı inkar edirdi və bu əqidədə idi ki, dünya öz-özündən yaranmışdır. O, eşitmişdi ki, tək Allaha inanan İmam Sadiq (ə) adlı böyük şəxsiyyət Mədinədə yaşayır. Qərara alır ki, Mədinəyə getsin və İmamla (ə) görüşsün.

O Mədinəyə çatan zaman İmamın (ə) yerini soruşur və ona deyirlər ki, İmam (ə) həcc üçün Məkkəyə getmişdir. O, bu sözləri eşidib Məkkəyə yollandı. Hicaza çatıb Kəbənin yanına gedir. İmam Sadiq (ə) təvafla məşğul idi. O, təvaf edənlərin arasına qoşulur və inadı üzündən İmam Sadiqə (ə) tənə vurmağa başlayır.

İmam (ə) təvaf etməsinə davam edir və sonra da ona məzəmmətlə nəzər salıb deyir: "Adın nədir?".

O, deyir: "Əbdülməlik".

İmam (ə) soruşur: "Künyən nədir?".

Deyir: "Əbu Abdullah".

İmam (ə) buyurur: "O sultan ki, sən onun bəndəsisən, yer hakimlərindəndir, yoxsa göy? (Künyənə görə) oğlun Allahın bəndəsidir. De görüm o, göydəki Allahın bəndəsidir, yoxsa yerdəki?".

Əbdülməlikin heç bir cavabı olmur və İmama (ə) baxıb sükut edir.

İmam Sadiqin (ə) şagirdi Hişam ibni Həkəm orada idi və Əbdülməlikin sükutunu pozur və ona deyir: "İmamın (ə) cavabını niyə vermirsən?".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) davam edir: "Səbir et, təvafım sona çatsın. Təvafdan sonra mənim yanıma gəl, söhbət edək".

İmamın (ə) təvafı bitəndən sonra Əbdülməlik Həzrətin (ə) yanına gedir və qarşısında əyləşir. İmamın (ə) şagirdləri də orada idilər.

İmam (ə) buyurdu: "Qəbul edirsənmi ki, bu yerin altı, üstü, batini və zahiri vardır?".

Əbdülməlik deyir: "Bəli".

İmam (ə): "Yerin altına getmisən?".

Əbdülməlik: "Yox".

İmam (ə): "Bəs bilirsənmi ki, yerin altında nə xəbər var?",

Əbdülməlik: "Yerin altından heç nə bilmirəm. Ancaq güman edirəm ki, yerin altında heç nə mövcud deyildir".